Vaşinqton Ukraynaya Rusiyaya hücumda kömək edir...-
Ekskluziv
2256
06 Jul 2026 | 08:25

Vaşinqton Ukraynaya Rusiyaya hücumda kömək edir...-"The Financial Times"

ABŞ ordusu Ukraynanın Rusiya ərazisinə zərbələrini daha effektiv etmək üçün onları istiqamətləndirir.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Financial Times" biznes nəşri Kiyevdəki yüksək vəzifəli məmurlara istinadla məlumat yayıb.
 
Mənbələrə görə, ABŞ kəşfiyyatı ukraynalılara dronların istiqamətləndirilməsi və hava hücumundan müdafiə sistemlərindən yayınma barədə məsləhətlər verir.
 
Jurnalistlərin qeyd etdiyi kimi, bu, son həftələrdə Ukraynanın Rusiya yanacaq infrastrukturuna zərbələrinin uğurunun arxasında duran amillərdən biridir. Digər amillərə hücum dronlarının istehsalının artması və təkmilləşdirilmiş idarəetmə texnologiyaları daxildir.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər