Müasir dünyamızda enerji təhlükəsizliyinin hər bir ölkə üçün önəmi sürətlə artmaqdadır. Buna səbəb enerji faktorunun sosial-iqtisadi həyatdakı rolunun artması, enerji resurslarına tələbatın artması fonunda onun əlçatanlığının çətinləşməsidir. Məhz bu səbəbdən bu gün enerji faktoru dövlətlərarası münasibətlərə təsir göstərən, bəzi hallarda isə bu münasibətləri formalaşdıran əsas meyar qismində çıxış edir. Təsadüfi deyil ki, müharibə və qasrşıdurmalar zamanı da tərəflər bir-birlərinin enerji infrastrukturuna zərbə endirməyə xüsusi həvəs göstərir. Məqsəd qarşı tərəfin enerji təminatını sıradan çıxarmaq, onu daha tez təslim olmağa məcbur etməkdir.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Ermənistan ordusu da Mingəçevirdəki enerji infrastrukturunu hədəf almış, lakin düşmənin Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına düşən raketi partlamamışdır. Artıq dörd ildən çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsində də enerji infrastrukturu – elektrik stansiyaları, neft anbarı və zavodları, qaz xətləri əsas hədəflər siyahısının başında qərarlaşır. Bütün bu faktlar enerji təhlükəsizliyinin dövlətlər üçün nə qədər önəmli olduğunu sübut edir.
Ümumiyyətlə, mövcud proseslərin təhlili götərir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm aspekti, əsas təminatçısı qismində çıxış edir.
Onu da bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə birlikdə iyulun 1-də mətbuata çıxış zamanı bu faktora diqqət çəkərək deyib:
“Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir”.
Qürurvericidir ki, Azərbaycan bütün digər platformalarda olduğu kimi bu məsələdə də öz mili təhlkəsizliyini yüksək səviyyədə təmin edə, enerji təhlükəsizliyi sayəsində öznəməxsus model yarada bilib. Və daha qürurvericisi isə odur ki, Azəbaycanın formalaşdırdığı bu moel milli maraqlarımızla yanaşı, həm də ümumbəşəri maraqların təmininə xidmət edir. Bu, dövlətimizin və xalqımızın huamnizmindən, insani dəyərlərə verdiyi önəmdən xəbər verir. Və bu gerçəklik sübut edir ki, Azərbaycan xalqı, Azərbaycan vətəndaşı öz dövlətinin siyasəti ilə nə qədər iftixar etsə azdır.
Seymur ƏLİYEV