Cəlil Xəlilov: “Azərbaycan xalqının beynəlxalq təşkilatlardan, dünya ictimaiyyətindən gözləntisi bundan ibarətdir”
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Moderator.az-a açıqlamasında Prezident İlham Əliyevin Azərbayacn xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib. Təşkilat sədri qeyd edib ki, Azərbaycanın bütün uğrularının arxasında məhz İlham Əliyev faktoru dayanır:
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun darmadağın edilərək işğaldakı torpaqlarımızın azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü təmin edildi. 8 Noyabr zəfəri erməni faşizminə ölümcül zərbə vurmaqla regional sülh və təhlükəsizlik üçün ciddi zəmin formalaşdırdı. Azərbaycan regionda uzun illərdir ki, möcud olan status-kvonu dəyişdi. Silahlı Qüvvələrimiz Vətən müharibəsində yalnız Ermənistanı deyil, btün ermənipərəst qüvvələri məğlub etməklə misilsiz bir zəfərə imza atdı. Bu qələbənin baş memarlı isə Prezident İlham Əliyev oldu.
Azərbaycan 8 Noyabr zəfərindən sonra da diplomatik müstəvidə sülh uğrunda mübarizəsini davam etdirdi. Nəhayət, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına nail olundu. İlham Əliyev müharibənin qalibi olmaqla yanaşı, sülhün də müəllifi oldu”.
Polkovnik Cəlil Xəlilov dövlət başçısı ilə bağlı maraqlı təkliflərlə çıxış edib:
“Biz veteranlar hesab edirik ki, regional sülhə verdiyi bir-birindən önəmli töhfələrə görə Prezident İlham Əliyevin Nobel sülh mükafatına namizədliyi irəli sürülməli, Azərbaycanın dövlət başçısı bu mkafatla təltif edilməlidir. Çünki yaşanan bütün proseslər, hadisə və faktlar sübut edir ki, Azərbaycan Prezidenti bu mkafata həqiqətən də layiqdir.
Bundan başqa, sülh uğrundakı xidmətlərinə görə Prezident İlham Əliyev beynəlxalq əhəmiyyətli digər ali mükafatlarla da təltif olunmalıdır. Azərbaycan xalqının beynəlxalq təşkilatlardan, dünya ictimaiyyətindən gözləntisi bundan ibarətdir”.
Seymur ƏLİYEV