Ursula Fon der Lyayendən etiraf və minnətdarlıq...
Ekskluziv
1878
02 Jul 2026 | 07:02

Ursula Fon der Lyayendən etiraf və minnətdarlıq...

Üzv dövlətlər Azərbaycanın Aİ-yə verdiyi dəstəyin iqtisadi və mənəvi əhəmiyyətini dərk edir

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri, Prezident İlham Əliyevlə görüşü zamanı səsləndirdiyi fikirlər və tərəflərin 1 iyul 2026-cı il tarixində mətbuata verdiyi bəyanat bütün dünyada böyük maraqla qarşılanmaqdadır.

Görüş əsnasında bir sıra məsələlərin müzakirəsi həyata keçirilib ki, bunlardan biri də enerji təhlükəsizliyi və Azərbaycanın bu prosesə verdiyi tarixi töhfə ilə bağlı olub. Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi mühüm dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edən Ursula Fon der Lyayen, Azərbaycanın bu istiqamətdə atdığı addımları “heyrətamiz uğur hekayəsi” adlandırıb.

Avropa Komissiyasının Prezidenti Rusiyanın enerji faktorundan Avropa İttifaqına qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi bir dönəmdə Azərbaycanın Qərb ölkələrinə verdiyi dəstəyi də ehtiram hissi ilə xatırlayıb. O, bu dəstəyin Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb etdiyini etiraf edib.

Ursula Fon der Lyayendən etiraf və minnətdarlıq dolu fikirlər bir daha onu deməyə əsas verir ki, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi dəstək, bu istiqamətdə sərgilədiyi dayanıqlılıq və bunun sadəcə iqtisadi deyil, həm də mənəvi əhəmiyyəti Qərbdə kifayət qədər aydın dərk və etiraf olunmaqdadır.

Bundan başqa, Ursula Fon der Lyayenin açıqlaması göstərdi ki, Avropa İttifaqı Azərbaycanın “yaşıl enerji” siyasəti istiqamətində atdığı addımları böyük diqqət və heyranlıqla izləməkdədir. Avropa Komissiyasının Prezidenti rəsmi Bakının bu yöndə atdığı addımları gələcəyin enerjisinə yatırılan sərmayə kimi dəyərləndirdi. Həmçinin qeyd etdi ki, Azərbaycanın bu siyasəti “yaşıl enerji” siyasətinə böyük önəm verən Avropa İttifaqının enerji siaysəti ilə tam şəkildə uzlaşır.

Bir sözlə, Avropa Komissiyasının Prezidentinin ölkəmizə səfəri və verdiyi açıqlamalar ölkəmizin enerji siyasətinin Qərbdə  təqdir və minnətdarlıqla qarşılandığını göstərir. Baş verənlər sübut edir ki, Avropa İttifaqı Azərbaycanı sadəcə bu gün deyil, gələcəkdə də öz enerji təhlükəsizliyinin əsas təminatçısı hesab edir və bu baxımdan ölkəmizlə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsini alqışlayır.

Seymur ƏLİYEV

 

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər