“Onlar Azərbaycanla bağlı məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər”
Ekskluziv
1538
30 Jun 2026 | 22:32

“Onlar Azərbaycanla bağlı məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər”

“Azərbaycan əleyhinə bəyanatlar səsləndirən təşkilatlar, eləcə də, ölkəmizlə bağlı dezinformasiya xarakterli məlumatlar yayan media orqanları, bu orqanlara həmin sifarişi verən dairələr heç vaxt öz məkirli məqsədlərinə çata, ölkəmiz üzərində hər hansı üstünlük əldə edə bilməyəcəklər”.

Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Professor qeyd edib ki, Qərbdəki bəzi media orqanlarında ölkəmizlə bağlı səsləndirilən yalanlar anti-Azərbaycan qüvvələrinin miskinliyindən xəbər verir:

“Güclü, qüdrətli Azərbaycanın mövcudluğuna dözə bilməyən, onun əldə etdiyi uğurları həzm etməkdə çətinlik çəkən qüvvələr Qərb mediasında yayımladıqları müxtəlif cızma-qaralarla ölkəmizin nüfuzuna kölgə salmağa, beynəlxalq ictimaiyyəti öz yalanlarına inandırmağa çalışırlar. Lakin onların qorxaqlığından, zəifliyindən, miskinliyindən qaynaqlanan bu mübarizə üsulu rəzil olduğu qədər də məğlubiyyətə məhkumdur. Azərbaycan öz həqiqəti ilə bütün yalanlara qalib gəlməkdə, bütün böhtanları ifşa etməkdıdir. Bu işdə Azərbaycan mediası da yaxından iştirak edir, öz dövləti, Prezidenti ilə ciddi həmrəylik nümayiş etdirir. Azərbaycan öz uğurları, ən müxtəlif platformalarda əldə etdiyi böyük, tarixi müvəffəqiyyətlərlə sübut edir ki, o, sürətli tərəqqi yolundadır və bu yolda heç bir maneə onu ləngidə, ona mane ola bilməyəcək”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər