Ədəbiyyat
329
15:45, Bu gün

"Kədərlənməyin, siz zatən XALQIN YAZIÇISIsınız"

Hazırda var olan ən böyük yazıçı! Duzlu-məzəli, şirin ləhcəli, olduqca istedadlı, amma olduqca təvazökar insan! Yeni yaşınız xeyirli-uğurlu olsun! 
 
Düşünürəm ki, heç bir kitabını oxumadığım Elmira Axundova qədər, əsərlərində azərbaycanlılıqdan daha çox özünün "Bakı ermənisi, Bakı yəhudisi" mövqeyini sərgiləyən Rüstəm İbrahimbəyov qədər, poeziyası ilə Sücayət Kəlbəcərliyə çata bilməyən dərələyəzli Vahid Əziz qədər, məmur yazıçı Abdulla Kamal qədər və diğər adını sadalamaq istəmədiyim xalq yazıçıları qədər "Xalq Yazıçısı" adını haqq etmisiniz!   
 
Siz Seyran Səxavət,  "Xalq Yazıçısı" adını "Daş evlər"  ( 1985 ), "Dar köynək" ( 1987) "Qızıl teşt" ( 1999),  "Nekroloq" (2003), "Palıd toxumu" ( 2003), Yəhudi əlifbası (2009) və sair roman və povestlərinizi yazarkən dəfələrlə haqq  etmisiniz!
 
Arzu edirəm ki,  dövlətimiz o fəxri ada sizi də layiq görəcək və  tezliklə bu adla bağlı tədbirinizdə çıxış edəcəyəm! 
 
Belə də ki, kədərlənməyin, siz zatən XALQIN YAZIÇISIsınız!
 
Əntiqə Rəşid Aslan
Link kopyalandı!
Son xəbərlər