Ədəbiyyat
1232
25 Mar 2026 | 14:32

"Seyran Səxavət kimi adamlar tək-tükdü"

Əzizim Seyran müəllim, bu səhər qaratoyuqlar bir ağız oxudu, sonra Günəş çıxdı, Yaz gülümsədi, həyat cilvələndi. Kainat dünyaya gəldiyiniz günü belə bayram elədi.
 
Laçınlı qız da sizə demək istədiyi sözləri Tanrıya pıçıldadı. Dedi ki, bir ömür içindəki uşağı qorumaq hər kəsə nəsib olmur. O, bunu bacardı! 
 
Dedi ki, hər kəs sözə könül verə bilər, amma bir ömür sözü balası kimi bağrına basıb qoruya bilməz. O, bunu bacardı!
 
Dedi ki, dost sözü öləzəyib. Amma o dostlarından danışanda dost sözü dirilir. 
 
Dedi ki, dünyada adamlar milyardlarladı, amma Seyran Səxavət kimi adamlar tək-tükdü. O, insanlığın qoruya bildi!
 
Dedi ki, səni and verirəm bir olan birliyinə Seyran Səxavəti qoru! Qoru ki, dünyamız gözəl, sözümüz oyaq olsun! 
 
Tanrı gülümsədi!
 
Yüz yaşa, sevimli yazıçım, Allahın nəzəri üstündə olsun!
 
Təranə Vahid
Link kopyalandı!
Son xəbərlər