İdeal və xeyirxah qaynana İsmayılova Tükəzban Talıb qızının 95-illik yubileyinə və anım gününə həsr olunur.
Haqqında söhbət açmaq istədiyim qaynanam İsmayılova Tükəzban Talıb qızının 95 illik yubileyi və 2025-ciin oktyabr ayının 24-də anım günüdür. Bu yazı ilə onun xatirəsini anmaq, qəlbimdəki duyğuları bölüşmək istəyirəm.
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan qadınının cəmiyyətdə mövqeyini uca tutub, analarımızı yüksək qiymətləndirirdi. Ulu Öndər demişdir: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədərkarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi, millətinə, xalqına olan hədsiz məhəbbəti, gözəlliyi və Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Onun ətri dəyən, əli dəyən hər şey gözəldir.
Həyatda böyük uğura nail olmuş hər kişinin arxasında onunla fəxr edən arvadı və təəccüblənmiş qaynanası durur. Qaynanaya olan sevgi bəzən “kilometrlərlə” ölçülür. Qaynana ilə kürəkən arasındakı münasibətlər barəsində elimizin o qədər bayatı, əfsanə, rəvayət, nağıl, şeir, qəsidə, poema və s. arxivlənməmiş faylları var ki, saymaqla qurtaran deyil. Qaynata və qaynana şəriət baxımından valideyn hökmündə deyillər və övladın valideyn qarşısında daşıdığı vəzifələr onlara şamil olmur. Lakin unutmaq olmaz ki, qaynata və qaynana insanın özünün də olmasa, həyat yoldaşının valideynidir, ailənin ağsaqqalıdır, ağbirçəyidir. Buna görə də həm qadın, həm də kişi öz qaynata-qaynanası ilə mümkün dərəcədə sayğı ilə davranmalıdır. Hər bir halda onların könlünü qırmamaq, etirazı da mülayim şəkildə bitirmək lazımdır.
Beynimə hopmuş, hafizəmdə daşlaşmış qaynanamla bağlı ötən illərin həzin xatirələri indiyədək köksümü qürurla qabartmaqdadır.
1930-cu ildə Şəkinin Baş Göynük kəndində zəhmətkeş bir ailədə dünyaya göz açan qaynanam İsmayılova Tükəzban Talıb qızı şərəfli, eyni zamanda keşməkeşli bir ömür sürüb. Qaynanam 1949-cu ildə qaynatam Məmmədov Ənvər İslam oğlu ilə ailə həyatı qurub. Qadının ən böyük vəzifəsi analıqdır. Ana bir sənətkardır, ən gözəl işi də övladıdır. Birgə nikahdan 8 uşaqları olub: 5 oğul, 3 qız. Onların qayğılarının yükünü daşımaq qaynatamla qaynanamın həyat tərzinə çevrilmişdir. Öz zəhməti ilə 8 uşaq böyüdüb, boya-başa çatdırıb, onlara təhsil verib və hər birini ev-eşik sahibi edib, heç kimə ağız açmadan, öz halal zəhmətləri ilə.
Bunun hansı məşəqqətlər və çətinliklər bahasına başa gəldiyini dərk etmək o qədər də çətin deyil. Özü də çox ağır bir şəraitdə, ev şəraiti olduqca əlverişsiz bir durumda.
Məhrumiyyətlər şəraitində yaşamasına baxmayaraq, qaynanam çətinliyə tab gətirərək, övladlarını sağlam, vətənpərvər böyüdüb, dövlətimizə sədaqətli olmalarında və boya-başa çatmasında bir ana kimi müstəsna xidmətləri olub. Qaynanamın 24 nəvəsi, 52 nəticəsi və 1 kötücəsi var. Qaynanamın övladarı da öz valideynlərindən örnək götürərək övladlarını vətənpərvər, dövlətə və xalqa sədaqət ruhunda böyütmüşlər.
Qaynanam və qaynatam bir yerdə uzun ömür yaşamalarına baxmayaraq, dövlət orqanlarının qapılarını belə tanımayıblar, çünki qanunun aliliyinə həmişə riayət ediblər, o çümlədən övladlarıda.
Qaynanam Tükəzban İsmayılova uzun müddət Şəki İpək Kombinatının Tibb məntəqəsində tibb işçisi olaraq çalışmış, işçilərin dərin hörmətini qazanmışdır. O, təqaüdə çıxanda iş yoldaşları tərəfindən təmtaraqla, gül-çiçəklə yola salınmışdır. Sağlam ailə, sağlam cəmiyyət deməkdir. Dövlətin əsasını da sağlam ailələr təşkil edir.
Tükəzban ananın nəticəsi Elnur Məmmədov peşəkar idmançıdır və hal-hazırda Naxçıvan Dövlət Universitetinin İdman fakultəsində təhsilini davam etdirir. Yaşıdları arasında “Pəhləvan” ləqəbi ilə tanınan Elnurun valideynləri də, o cümlədən babası İmam və nənəsi Reyhanə xanım da olduqca sağlam, öz yaşıdlarına həmişə örnək bir cavan olmuşlar. El arasında bu ailəyə “Pəhləvan ailəsi” də deyillər. Belə bir deyim var: “Ot kökü üstə bitər”. Sağlam ailədən də Elnur kimi sağlam, idmançı oğul yetişər.
Qaynanaların 8 tipi var:
Şikayətçi qaynana: Gəlin hər nə etsə də, qaynana narazı olur, gəlinin hər hərəkətinə görə şikayətlənir.
İdarə edən qaynana: O, ailəsində bütün problemləri özü həll etməyə adət edir.
Günahlandıran qaynana: Onun həyatda yeganə sevinci sevimli oğludur. O, gəlini daxilən qəbul etmir.
Özünü qurban verən qaynana: Özünü oğluna görə qurban verir. Belələri yaxşı qaynana və uşaqcanlı nənələr olur. Gəlini qızı kimi qəbul edir, lakin o, gəlinə oğlunun müstəqil və ayrı yaşamasına yol vermir.
Nazlı qaynana: Belə qaynanalar özlərini ərköyün, balaca uşaq kimi aparırlar. Onlar çox qısqanc olur, oğlunun ona qarşı olan diqqətsizliyindən şikayətlənir. Belə tip qaynanaların yalnız oğlunun sevgisinə və qayğısına ehtiyacı olur.
İdeal qaynana: Belə qaynana, əgər onun oğlu xoşbəxtdirsə, o da xoşbəxtdir. Gəlin onun sözünə, köməyhinə güvənə bilər. Bu tip qaynanalar, oğlu həyat yoldaşı ilə mübahisə edirsə, mütləq gəlinin tərəfini tutacaq. Günahı öz oğlunda görəcək. Bu cür ideal qaynanalar gəlin tərəfindən ürəkdən sevilir.
Xeyirxah qaynana: Adətən belə qaynanalar vaxtı ilə qaynanasından pis münasibət görübdür. Bu səbəbdən də gəlinin də o əziyyətin çəkməsini istəmir və hər bir vəziyyətdə gəlinə kömək etmək istəyir.
Eqaist qaynana: Onların həyatda yeganə sevinci sevimli oğludur. O, gəlini daxilən qəbul etmir. Çünki onun üçün etalon elə onun özüdür. Bu tip qaynana ilə yola getmək çox çətindir. O, oğlunun qarşısında gəlini pis vəziyyətdə görmək üçün hər bir şeyə əl atır.
Tükəzban İsmayılovanı ideal və xeyirxah qaynana tipinə aid etmək olar, çünki o gəlinlərinə dogma qızı kimi yanaşmışdır. Məsələn, oğlu İslamın həyat yoldaşı Səidə xanımla mübahisələri olduqda, o gəlinini müdafiə edərdi, oğlunu isə günahlandırardı. Gəlini Səidə xanım da qaynanasını öz doğma anası kimi qəbul edər və hər zaman qulluqğunda dayanardı.
Gəlinlərin qaynalarına, eləcə də qaynananın gəlinlərinə olan məhəbbəti sayəsində Tükəzban ana xoşbəxt və uzun ömür yaşadı.
Tükəzban anadan aldıqları böyük sevgi, mərhəmət və qayğını bu gün qaynana olan gəlinləri indi öz gəlinlərinə ötürməkdədirlər. Bəli, Tükəsban anadan örnək olaraq keçən sevgi, mərhəmət və qayğı artıq bir ənənə olaraq nəsildən-nəsilə ötürülməkdədir desək, yanılmarıq. Keçmişin gəlinləri olan bu qaynanalar indi öz gəlinlərinə hər tərəfli köməklik edir və bir yerdə xoşbəxt yaşayırlar. Tükəzban xanım təkcə gəlinlərinə qarşı deyil, kürəkənlərinə də ana qayğısı ilə yanaşmışdır. Məhz bu baxımdan insani münasibəti olan Tükəzban xanım gəlinləri və kürəkənləri tərəfindən həmişə sevilmiş, ona hörmət edilmişdir.
Qaynatalarına və qaynanalarına öz valideynləri kimi hörmət edən hər bir gəlin və kürəkən həyatda həmişə xoşbəxt və şən yaşayır.
Müdrik, ağbirçəkdir, el anasıdır,
Təbibin, hər kəsin xilaskarıydın
İsmayıl müəllimin qaynanasıydın
Payın Quran olsun, məkanın cənnət
Tanrıdan ruhuna qoy olsun rəhmət.
Qayğılı, sayğılı ömür sürmüsən,
Həyatda həm acı, şirin görmüsən
Beş oğul, üç qız böyütmüsən,
Ziyarət edirik bu gün türbəni
Sanki görmüş kimi Məkkə, Kəbəni.
Qızın Səadətin bahar, qışısan,
Behişt baxçasının cənnət quşusan.
8-il yaşın artıb, ahıllaşmısan,
Səni anmaq üçün biz yığışmışıq
Daim başımızın tacı sanmışıq.
Yerində rahat yat, ruhun şad olsun
Cənnətdəki 95 yaşın mübarək olsun!
Qələmə aldı: İsmayıl Mustafaoğlu