Bizi sosial şəbəkələrdən izləyin:
"Əlisəmidin vəziyyəti ilə bağlı verdiyimiz qan analizinin cavabını almışıq. Qanında onkologiya ilə bağlı heç nə aşkarlanmayıb".
Moderator.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Əlisəmid Kürün həyat yoldaşı Mətanət Mehdiyeva deyib:
"Yenidən həkimə aparmaq istəyirik. Çünki heç nə yemir deyə çox halsızdır. Qızım cərrahla danışıb, o deyib ki, kompüter tomoqrafiyasında (KT) həmin xəstəlik çıxmayıbsa, maqnit rezonans tomoqrafiya (MRT) diskində də çıxa bilməz. Onu yenidən yoxlatdırmaq lazımdır. Bu yoxlanış da qalıb gələn həftənin birinci gününə. Bir də deyirlər ki, aparın Sabunçu xəstəxanasına yerləşdirin, sistem vursunlar. Yemək yemir deyə, sistemlə şirə getsin mədəsinə. Hazırkı vəziyyətində hər hansı irəliləyiş hiss olunmur".
Xatırladaq ki, 1954-cü il təvəllüdlü şair Əlisəmid Kür səhhətində yaranan problemlər səbəbindən sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.
Hazırda müalicəsi evdə davam edir.