Ayın şəkli
Ədəbiyyat
300
19 Sep 2025 | 22:49

Ayın şəkli

Dr. Kang, Byeong-Cheol - koreyalı şair, tərcüməçi və Siyasi elmlər üzrə fəlsəfə doktorudur. O, 1964-cü ildə Cənubi Koreyanın Jeju şəhərində anadan olub. Yaradıcılığa 1993-cü ildə başlayıb və iyirmi doqquz yaşında ilk qısa hekayəsi “Shuba Mahnısı”nı nəşr etdirib. 2005-ci ildə qısa hekayələr toplusu çap olunub. Ədəbiyyat sahəsində səkkiz mükafat qazanıb və 20-dən çox kitab nəşr etdirib. 2009–2014-cü illərdə PEN International-ın “Yazıçılar Məhbusda” Komitəsinin (WiPC) üzvü olub. O, həmçinin Koreya Dünya Ədəbiyyatı Assosiasiyasının təsisçi prezidenti və Jeju şəhərindəki JeminIlbo qəzetində redaksiya yazarı kimi fəaliyyət göstərib. Hazırda o, Koreya Sülh və Əməkdaşlıq İnstitutunun və Jeju PEN-in vitse-prezidentidir.

 

Qar qələbə edən ağcaqaclar meşəsi

 

Dünyanı dolaşdıqdan sonra,

indi Polşadakı ağcaqovaqlar meşəsində

qar dənələrini seyr edirəm.

 

Hər ruh evindən uzaqlaşanda,

bir zaman yaşadığı torpağı darıxar,

geridə qalan vəhşi çiçəklərin qoxusunu hiss edər,

sevimli səsin gülüşünü xatırlayar.

 

Mən isə yalnız Jeju günəşi üçün darıxıram.

Günəşdən daha qiymətli heç bir hədiyyə yoxdur.

Jeju payızının günəşi heyrətamiz gözəldir.

Heç vaxt bilməzsən

mən günəş işığını nə qədər sevirəm...

 

Boz səmanın altında dayanıb,

Polşadakı ağcaqovaqlar meşəsində

qar yağışını izləyərək,

bu ilahi və gözəl meşədə,

günəşin istiliyini arzulayıram.

 

Qar dənələri səssizcə düşür.

Qarla örtülmüş ağcaqovaqların üstünə yığılır.

Həsrət sakitcə ürəyimdə yerləşir.

Ayın şəkli

 

Ay bütöv doğulur,

sonra yarım olur,

barmaq ucu kimi incə bir xırda hilala çevrilir,

və sonra yenidən dolğunluğunu bərpa edir.

 

Həyatdakı bütün şeylər belədir.

Biri dolu ayın altında coşqunu içir,

digəri isə eyni işıq altında

sonsuz tənhalığı udur.

 

Ay hissizmiş kimi işıq saçır,

amma insan ürəyi, dayanmadan titrəyərək,

ayı həqiqi halında görə bilmir.

 

Ayın şəklindən danışdığın anda,

ürəyinin ən dərin qatları açılır.

 

Bir göldə əks olunan ay,

dalğalar oynayanda titrəyirsə,

ürəyimdək ay da

ruhumun dalğaları ilə bir daha titrəyir.

 

Dr. Kang, Byeong-Cheol

Tərcümə:

Cahangir NAMAZOV,

Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.

Link kopyalandı!
Son xəbərlər