Çinarın yuxusu
Ədəbiyyat
452
14:10, Bu gün

Çinarın yuxusu

Sükanın  arxasında  gözümə əməlli- başlı yuxu  getmişdi. Babamın  səsinə  oyandım. Kişi  həmişəki   kimi zabitəli  səsi  ilə Çinar ,- deyib  qışqırdı.  Oyanıb  az  qala  yoldan  çıxmış  maşını saxlayıb  düşdüm.Kişinin səsi  qulağımdan  getmirdi. Sanki indicə  eşitmişdim. Ətrafa boylandım, hava işıqlaşmaq  istəyirdi. Göy  qurşağının rəngləri aydın  secilirdi. Ətrafda kimsə  gözə dəymirdi. Göz  işlədikcə görünən çəmənlik  yamyaşıl  idi. Yaşıl otların  arasında yenicə  qızarmağa  başlayan  topa -  topa  lalələr  çəmənliyi  yerə  döşənmiş  xalcaya  bənzədirdi.  Qəribə   sakilik idi.  Əsən  meh yolun  kənarında  yan - yana  bitmiş çinar ağaclarının   yarpaqlarını    xəfifcə  tərpədirdi  və  bu tərpənişdən qəribə səs  gəlirdi. Düşündüm  ki, bu səs  sükutun səsidir.  Bir  vaxtlar” Sükutun fəryadı”  adlı bir serialın adına təəccüb etmişdim, amma bu səs  fəryad  deyildi ,sükutun həzin  nəğməsi, pıçıltısı  idi. İnsanın  ruhunu  dincəldən nəğməsi.  Yaxınlıqdan  su səsi  gəlirdi.  Əyilib baxdım ,ensiz  qaj ilə   sürətli  su axırdı.   Köynəyimi  çıxarıb  yaxşıca  yuyundum. Bütün  vücudum dincəldi.  Bu qəribə  nəğməli sakitlikdən ayrılmaq istəmirdim.   Getməli olduğum üçün sükanın arxasına  keçdim. Babamı  düşünürdüm.  Kişinin  ölümünə  inana  bilmirdim.  Mən  gedəndə  çox  gümrah  idi.   Hələ  mənimlə  telefonla  danışanda  səsi  zınqırov kimi  gəlirdi.  İki dəfə  dalbadal  zəng edib nə vaxt  gəlirsən? -  dedi.   Sənə  sözüm var. Yadıma  düşüb  yenə  odlandım.  Görəsən  sözü nə idi?  Heç  vaxt  babamın  sözündən  çıxmamışdım. Adaş , sənə  verdiyim ada  layiq  ol, - deyirdi.  Onun istəyi  ilə  xaricdə oxuyub,  mükəmməl mütəxəssiz  kimi qayıdırdım. Təəssüf ki , babam  görmədi.  Heç  dəfninə də gələ  bilmədim. İmtahan verirdim.   Atamgil  mənə  xəbər  vermədiklərinə  bərk  hirslənsəm   də ,sonda  düz  etdiklərini  düşündüm.  Bir il  geri  qalmalı  olaçaqdım. İndi  təyyarədən  düşüb  bir  başa yola  çıxmışdım.   Nəyə tələsirdim , bilmirəm?! Onsuz  da  babam yoxdu.

  Bir  saatdan  sonra  rayonumuza  girdim.  Maşını  bir  başa  məzarlığa  sürdüm.   Maşından düşüb  nənəmin məzarına tərəf getdim. Uzaqdan  babamın  qəbri göründü.   Daşın  üstündəki  şəkil də  əzəmətli  idi. Sanki indicə danışaçaqdı.  Yenə  nə  demək  istədiyini  düşünürdüm . Telefon  söhbəti  deyil,  dediyini  xatırlayırdım.  Kövrəlmişdim, amma ağlaya  bilmirdim.  Nə qədər zaman  keçdiyini  bilmirəm.  Arxadan  gələn  səs  məni  düşüncədən ayırdı.  Dönüb baxsam da  heç nə görmürdüm.    Həzin , xoş  qadın  səsi  idi , nə  isə  deyib  ağlayırdı. Saata baxdım  səkkizə  qalmışdı. Diqqət  kəsildim.  Nədənsə  onun nə dediyini  eşitmək  istəyirdim.  O, isə  tək  bir  cümləni  təkrar  edirdi.    "Yazıq  ana,  səni   mən  öldürdüm".  Məni  maraq  bürüdü.   “ Qatil”   qadını  görmək üçün ehmaca arxaya  fırlanıb ,ağacın arxasına  keçdim. Kiçik ağ daşın qarşısında    uça  boylu,  nəçib , ağbəniz qız  dayanmışdı. Qızın gözünə  görünmədən oradan uzaqlaşdım.   Məzarlıqdan evimizə  olan məsafə  elə də uzun deyildi.  Yol boyu görəsən  bu qız anasının ölümünə səbəb olan  hərəkətlər edəndə niyə fikirləşmirdi, indi  gəlib şüvən  qoparır ? - deyə düşünürdüm.

Bu  gün  gələcəyimi bilmədikləri üçün  məni  gözləyən  yox  idi.  Hər halda gəlişim  hay– küyə səbəb oldu.    Babamın səsi yenə qulağıma  gəlirdi.  Kişi ,ay adaşım  xoş  gəlib,- deyirdi.   Çay   içib, çörək yeyib  otağıma  keçdim. Özümü yatağıma atdım.  Necə  günün  yuxusuzu  idim.   Anamdan çıxmayan iş məni  nahar vaxtı oyatmamışdı. Gözümü açanda toran  düşmüşdü. Qalxıb yungül idman paltarı geyinib aşağı  düşdüm. Çardağın altında  heç kim yox idi. Masanın  baş  tərəfində samovar dizildayırdi. Təzə dəm çayın ətri ətrafı  bürümüşdü. Bu  qoxunu   çox  sevirdim.  Amma heç kim olmadığı üçün masanın arxasında deyil,  yellənçəkdə  oturdum. Ağzımı açıb anamı  səsləmək istəyirdim ki, köməkçi  evdən  əlində  podnos bir qız çıxıb çardağa  sarı  gəldi. Diqqətlə baxıb təəccüb etdim.  Bayaqkı  qız idi,  məni  görüb  çaşdı. Salam verib gətirdiklərini masaya  düzdü..   Salamın cavabını  almamış tələsik  geri döndü. Bir daha qayıtmadı. Anamla, bacım süfrəni bəzədi.  Bütün yemək boyu gözüm qapıda qaldı. Yeməkdən sonra  gecənin yarısınadək çardağın altında oturduq.  Söhbət babamdan gedirdi.   Atam kişinin  qəfil olümünü əcəllə  bağlayırdı. Anamın  dilinin altında  nə isə  var idi. Bu müəmma  məni  təəccübləndirirdi.

   Gündüz çox  yatmışdım, ya  da müəmmalı söhbətlərdən  gözümə yuxu  getmədi. Anamın  səsi  gəlirdi:

 -Bax  , Hikmət atan  burdan  xaricə  zəng edib  sənə  sözüm var,-  deyib.

 Atam, anamdan  fəqrqli olaraq tam qısıq səslə: nə olsun? -dedi.   Anam  yenə  deyinməyə  başladı:

 - Vallah  hərdən mənə  elə  gəlir bunların ikisinin  bir başı var.

 Atam  bu  dəfə  yuksək  səslə bəsdir , - dedi.  Qoy yataq atam öldü, sözünü də  özü ilə apardı.

Gözümü tam açıb oturdum.  Səhərin açılmağını  gözlədim.  Babamın demək  istədiyi  söz  nə idi? Anam  niyə  belə narahatdır? Səhərə  yaxın gözümə  yuxu  getsə  də  yeddi olmamış oyandım.Aşağıda məni nə isə çəkirdi , aşağı  düşdüm.  Çardağın altında oturmuş qızla üzbəüz gəldim.  Qəribə  hiss  keçirdim.    Qız məni  görən kimi   yoxa  çıxdı. Nə olur –olsun qızı görmək istəyirdim. Utanmasam durub  axtarardım. Anama ilk  sualım  ana , bu qız  kimdir?- demək oldu. Onun  hirsləndiyi   gözümdən yayınmadı . Gözümü onun ağzına  dikib cavab verməyini  gözlədim.  Anam hikkə  ilə, babanın başını  yeyən bu  qızdı  də, - dedi. Maraq  məni öldürsə də anamdan  heç nə  soruşmamaq  qərarını  verdim.Gecədən  bilirdim  ki, məndən  nə  isə  gizlədir.  İki  gündən sonra  atamdan   hər şeyi  örəndim. Lakin babamın  mənə  nə  demək  istədiyini anlaya bilmədim.   Özümdən ürəyim  istəyən  bir  şey  quraşdırmışdım .  Axı anam deyirdi  ikisinin  bir  beyni  var.  Atamın  söhbəti  məni  tutmuşdu. Özümə gələ  bilmirdim. Bizim rayonda Süd  Səlim  deyilən   varlı,   daha  doğrusu harınlamış  bir nəfər  var  idi.  Süd  zavodunun  müdiri  idi. Onun qudurmuş  oğlu bizim qonşuluqda  yaşayan   yetim qıza gözü  düşübmüş . Evdə  arvadı, üç  uşağı  ola-  ola  qızdan  əl  çəkmirmiş. İlk  günlər  qıza  pul , qızıl, villa  təklif edir. Qız  bunları  qəbul  etmədikdə hədə - qorxu  gəlməyə  başlayır.  İş o yerə  çatır ki, evə  basqın  edib,  qızı   qorxudur.    Qızın yataq  xəstəsi  olan anası  dünyasını  dəyişəndən  sonra , oğlan  daha da həyasızlaşır. Sohbət  gəlib babama  çatır. Kişi qorxudan  günlərlə  evdə  aç – susuz  qalan qızı götürüb evimizə gətirir. Bundan  sonra  Süd  Səlimlə babamın  davası başlayır.  Çünki gözünü qan örtmüş oğlan bizim evə də girməyə  yol axtarırmış Babam oğlanı  həbs  etdirir. Lakin  kişinin  hirsindən  ürəyi dayanır.Tək  bir şey düşünürdüm  Babam  yəqin ki, mənim  o qızla evlənməyimi  istəyirmiş.  Bu  məncə  belə  idi.  Belə olmasa da mənim istədiyim  bu  idi.  Qıza  bir  könüldən  min  könülə aşiq  olmuşdum.  Anamın  mövqeyi  məlum idi. Onun Mələyi  görməyə  gözü  yox idi. Onu  gözümdən salmaq üçün əlindən gələni edirdi. Heç  kimin sözünü  dinləyəcək halda deyildim.   Başımda  bir fikir  var  idi. Neçə  olur-  olsun Mələklə  rastlaşmaq istəyirdim. O, da var qüvvəsi ilə  məndən qaçırdı. Anamdan qorxduğunu bilirdim. Anam   mənə  yaxşı  nəsildən qız  tapdığını xüsusi  vurğu  ilə  tez-  tez   təkrarlayırdı. Atamla  Mələyi   buradan  göndərmək  haqqında  mübahisə  edirdi . İş o yerə çatdı ki, məsələyə  mən də qarışası oldum. Qızın doğrudan da getmək  yeri yox idi.    Az  qala babam kimi bağırıb, qızdan əl çək,  -dedim. Səlimin  oğlu   azadlığa  çıxmışdı.  Gələn kimi   qonşuların yanında  mən  fikrimdən dönən deyiləm ,- deyib, xəbərdarlıq etmişdi.  Yayı  bir  təhər  yola  verdik.  Yəni Valeh biz  tərəfə  hərlənib etmirdi.  Arada  sırada  nə  isə  bir söz  yayırdı.   Mənim  getmək  vaxtım  çatırdı.  Dərd  məni  götürmüşdü.  Babam  sağ  olsa  arxayın  gedərdim. Məndən  sonra anamın  Mələyi  qovmayaçağına  inanmırdım. İndidən atamla  məni  inandırmağa  çalışırdı ki, guya  qızın atası    Rusyadan  gəlib qızını  aparaçaq .  Bundan  başqa  daxilimdə  baş  qaldıran hisslər  mənə  dinçlik  vermirdi. Mən özüm ondan ayrılıb gedə  bilmirdim.  Dünən mən  evə  gələndə  Mələk tək  idi.Qaçmaması üçün çay istədim. Birinci  dəfə  başını qaldırıb üzümə  baxdı. İlahi dəhşətə  gəldim.  Bir  insanın  gözündə  bu  qədər kədər olduğuna  inana  bilmirdim. Ani olaraq başıma  bir  fikir  gəldi.Dedim:

 Mələk, mənimlə  gedərsən?

 Hara ?-deyib  çiynini  çəkdi, amma üzündəki sevunc gözündə yaranan  ümid  gözümdən yayınmadı. Cəld ol , dedim. Saat  yarımdan  sonra  sükan arxasında  yatdığım  yerə  çatmışdıq. Telefonuma zəng  gəldi.  Maşını  saxlayıb telefonu  götürüb maşından düşdüm. Atam idi. Çinar ,  yaxşı  yol ,baban  sənə  elə  bunu  demək istəyirdi , deyib telefonu qapatdı.    

Dərya Qılıc (Nailə)

Link kopyalandı!
Son xəbərlər