Sükanın arxasında gözümə əməlli- başlı yuxu getmişdi. Babamın səsinə oyandım. Kişi həmişəki kimi zabitəli səsi ilə Çinar ,- deyib qışqırdı. Oyanıb az qala yoldan çıxmış maşını saxlayıb düşdüm.Kişinin səsi qulağımdan getmirdi. Sanki indicə eşitmişdim. Ətrafa boylandım, hava işıqlaşmaq istəyirdi. Göy qurşağının rəngləri aydın secilirdi. Ətrafda kimsə gözə dəymirdi. Göz işlədikcə görünən çəmənlik yamyaşıl idi. Yaşıl otların arasında yenicə qızarmağa başlayan topa - topa lalələr çəmənliyi yerə döşənmiş xalcaya bənzədirdi. Qəribə sakilik idi. Əsən meh yolun kənarında yan - yana bitmiş çinar ağaclarının yarpaqlarını xəfifcə tərpədirdi və bu tərpənişdən qəribə səs gəlirdi. Düşündüm ki, bu səs sükutun səsidir. Bir vaxtlar” Sükutun fəryadı” adlı bir serialın adına təəccüb etmişdim, amma bu səs fəryad deyildi ,sükutun həzin nəğməsi, pıçıltısı idi. İnsanın ruhunu dincəldən nəğməsi. Yaxınlıqdan su səsi gəlirdi. Əyilib baxdım ,ensiz qaj ilə sürətli su axırdı. Köynəyimi çıxarıb yaxşıca yuyundum. Bütün vücudum dincəldi. Bu qəribə nəğməli sakitlikdən ayrılmaq istəmirdim. Getməli olduğum üçün sükanın arxasına keçdim. Babamı düşünürdüm. Kişinin ölümünə inana bilmirdim. Mən gedəndə çox gümrah idi. Hələ mənimlə telefonla danışanda səsi zınqırov kimi gəlirdi. İki dəfə dalbadal zəng edib nə vaxt gəlirsən? - dedi. Sənə sözüm var. Yadıma düşüb yenə odlandım. Görəsən sözü nə idi? Heç vaxt babamın sözündən çıxmamışdım. Adaş , sənə verdiyim ada layiq ol, - deyirdi. Onun istəyi ilə xaricdə oxuyub, mükəmməl mütəxəssiz kimi qayıdırdım. Təəssüf ki , babam görmədi. Heç dəfninə də gələ bilmədim. İmtahan verirdim. Atamgil mənə xəbər vermədiklərinə bərk hirslənsəm də ,sonda düz etdiklərini düşündüm. Bir il geri qalmalı olaçaqdım. İndi təyyarədən düşüb bir başa yola çıxmışdım. Nəyə tələsirdim , bilmirəm?! Onsuz da babam yoxdu.
Bir saatdan sonra rayonumuza girdim. Maşını bir başa məzarlığa sürdüm. Maşından düşüb nənəmin məzarına tərəf getdim. Uzaqdan babamın qəbri göründü. Daşın üstündəki şəkil də əzəmətli idi. Sanki indicə danışaçaqdı. Yenə nə demək istədiyini düşünürdüm . Telefon söhbəti deyil, dediyini xatırlayırdım. Kövrəlmişdim, amma ağlaya bilmirdim. Nə qədər zaman keçdiyini bilmirəm. Arxadan gələn səs məni düşüncədən ayırdı. Dönüb baxsam da heç nə görmürdüm. Həzin , xoş qadın səsi idi , nə isə deyib ağlayırdı. Saata baxdım səkkizə qalmışdı. Diqqət kəsildim. Nədənsə onun nə dediyini eşitmək istəyirdim. O, isə tək bir cümləni təkrar edirdi. "Yazıq ana, səni mən öldürdüm". Məni maraq bürüdü. “ Qatil” qadını görmək üçün ehmaca arxaya fırlanıb ,ağacın arxasına keçdim. Kiçik ağ daşın qarşısında uça boylu, nəçib , ağbəniz qız dayanmışdı. Qızın gözünə görünmədən oradan uzaqlaşdım. Məzarlıqdan evimizə olan məsafə elə də uzun deyildi. Yol boyu görəsən bu qız anasının ölümünə səbəb olan hərəkətlər edəndə niyə fikirləşmirdi, indi gəlib şüvən qoparır ? - deyə düşünürdüm.
Bu gün gələcəyimi bilmədikləri üçün məni gözləyən yox idi. Hər halda gəlişim hay– küyə səbəb oldu. Babamın səsi yenə qulağıma gəlirdi. Kişi ,ay adaşım xoş gəlib,- deyirdi. Çay içib, çörək yeyib otağıma keçdim. Özümü yatağıma atdım. Necə günün yuxusuzu idim. Anamdan çıxmayan iş məni nahar vaxtı oyatmamışdı. Gözümü açanda toran düşmüşdü. Qalxıb yungül idman paltarı geyinib aşağı düşdüm. Çardağın altında heç kim yox idi. Masanın baş tərəfində samovar dizildayırdi. Təzə dəm çayın ətri ətrafı bürümüşdü. Bu qoxunu çox sevirdim. Amma heç kim olmadığı üçün masanın arxasında deyil, yellənçəkdə oturdum. Ağzımı açıb anamı səsləmək istəyirdim ki, köməkçi evdən əlində podnos bir qız çıxıb çardağa sarı gəldi. Diqqətlə baxıb təəccüb etdim. Bayaqkı qız idi, məni görüb çaşdı. Salam verib gətirdiklərini masaya düzdü.. Salamın cavabını almamış tələsik geri döndü. Bir daha qayıtmadı. Anamla, bacım süfrəni bəzədi. Bütün yemək boyu gözüm qapıda qaldı. Yeməkdən sonra gecənin yarısınadək çardağın altında oturduq. Söhbət babamdan gedirdi. Atam kişinin qəfil olümünü əcəllə bağlayırdı. Anamın dilinin altında nə isə var idi. Bu müəmma məni təəccübləndirirdi.
Gündüz çox yatmışdım, ya da müəmmalı söhbətlərdən gözümə yuxu getmədi. Anamın səsi gəlirdi:
-Bax , Hikmət atan burdan xaricə zəng edib sənə sözüm var,- deyib.
Atam, anamdan fəqrqli olaraq tam qısıq səslə: nə olsun? -dedi. Anam yenə deyinməyə başladı:
- Vallah hərdən mənə elə gəlir bunların ikisinin bir başı var.
Atam bu dəfə yuksək səslə bəsdir , - dedi. Qoy yataq atam öldü, sözünü də özü ilə apardı.
Gözümü tam açıb oturdum. Səhərin açılmağını gözlədim. Babamın demək istədiyi söz nə idi? Anam niyə belə narahatdır? Səhərə yaxın gözümə yuxu getsə də yeddi olmamış oyandım.Aşağıda məni nə isə çəkirdi , aşağı düşdüm. Çardağın altında oturmuş qızla üzbəüz gəldim. Qəribə hiss keçirdim. Qız məni görən kimi yoxa çıxdı. Nə olur –olsun qızı görmək istəyirdim. Utanmasam durub axtarardım. Anama ilk sualım ana , bu qız kimdir?- demək oldu. Onun hirsləndiyi gözümdən yayınmadı . Gözümü onun ağzına dikib cavab verməyini gözlədim. Anam hikkə ilə, babanın başını yeyən bu qızdı də, - dedi. Maraq məni öldürsə də anamdan heç nə soruşmamaq qərarını verdim.Gecədən bilirdim ki, məndən nə isə gizlədir. İki gündən sonra atamdan hər şeyi örəndim. Lakin babamın mənə nə demək istədiyini anlaya bilmədim. Özümdən ürəyim istəyən bir şey quraşdırmışdım . Axı anam deyirdi ikisinin bir beyni var. Atamın söhbəti məni tutmuşdu. Özümə gələ bilmirdim. Bizim rayonda Süd Səlim deyilən varlı, daha doğrusu harınlamış bir nəfər var idi. Süd zavodunun müdiri idi. Onun qudurmuş oğlu bizim qonşuluqda yaşayan yetim qıza gözü düşübmüş . Evdə arvadı, üç uşağı ola- ola qızdan əl çəkmirmiş. İlk günlər qıza pul , qızıl, villa təklif edir. Qız bunları qəbul etmədikdə hədə - qorxu gəlməyə başlayır. İş o yerə çatır ki, evə basqın edib, qızı qorxudur. Qızın yataq xəstəsi olan anası dünyasını dəyişəndən sonra , oğlan daha da həyasızlaşır. Sohbət gəlib babama çatır. Kişi qorxudan günlərlə evdə aç – susuz qalan qızı götürüb evimizə gətirir. Bundan sonra Süd Səlimlə babamın davası başlayır. Çünki gözünü qan örtmüş oğlan bizim evə də girməyə yol axtarırmış Babam oğlanı həbs etdirir. Lakin kişinin hirsindən ürəyi dayanır.Tək bir şey düşünürdüm Babam yəqin ki, mənim o qızla evlənməyimi istəyirmiş. Bu məncə belə idi. Belə olmasa da mənim istədiyim bu idi. Qıza bir könüldən min könülə aşiq olmuşdum. Anamın mövqeyi məlum idi. Onun Mələyi görməyə gözü yox idi. Onu gözümdən salmaq üçün əlindən gələni edirdi. Heç kimin sözünü dinləyəcək halda deyildim. Başımda bir fikir var idi. Neçə olur- olsun Mələklə rastlaşmaq istəyirdim. O, da var qüvvəsi ilə məndən qaçırdı. Anamdan qorxduğunu bilirdim. Anam mənə yaxşı nəsildən qız tapdığını xüsusi vurğu ilə tez- tez təkrarlayırdı. Atamla Mələyi buradan göndərmək haqqında mübahisə edirdi . İş o yerə çatdı ki, məsələyə mən də qarışası oldum. Qızın doğrudan da getmək yeri yox idi. Az qala babam kimi bağırıb, qızdan əl çək, -dedim. Səlimin oğlu azadlığa çıxmışdı. Gələn kimi qonşuların yanında mən fikrimdən dönən deyiləm ,- deyib, xəbərdarlıq etmişdi. Yayı bir təhər yola verdik. Yəni Valeh biz tərəfə hərlənib etmirdi. Arada sırada nə isə bir söz yayırdı. Mənim getmək vaxtım çatırdı. Dərd məni götürmüşdü. Babam sağ olsa arxayın gedərdim. Məndən sonra anamın Mələyi qovmayaçağına inanmırdım. İndidən atamla məni inandırmağa çalışırdı ki, guya qızın atası Rusyadan gəlib qızını aparaçaq . Bundan başqa daxilimdə baş qaldıran hisslər mənə dinçlik vermirdi. Mən özüm ondan ayrılıb gedə bilmirdim. Dünən mən evə gələndə Mələk tək idi.Qaçmaması üçün çay istədim. Birinci dəfə başını qaldırıb üzümə baxdı. İlahi dəhşətə gəldim. Bir insanın gözündə bu qədər kədər olduğuna inana bilmirdim. Ani olaraq başıma bir fikir gəldi.Dedim:
Mələk, mənimlə gedərsən?
Hara ?-deyib çiynini çəkdi, amma üzündəki sevunc gözündə yaranan ümid gözümdən yayınmadı. Cəld ol , dedim. Saat yarımdan sonra sükan arxasında yatdığım yerə çatmışdıq. Telefonuma zəng gəldi. Maşını saxlayıb telefonu götürüb maşından düşdüm. Atam idi. Çinar , yaxşı yol ,baban sənə elə bunu demək istəyirdi , deyib telefonu qapatdı.
Dərya Qılıc (Nailə)