Zəfər nəğməsi
Ədəbiyyat
2771
26 Aug 2025 | 14:29

Zəfər nəğməsi

Rəşada  ilk yardım etmişdilər.   Kürəyində  bir  neçə yara  olduğu  üçün  onu  təxliyə etmək  istəyirdilər. Lakin o,  bütün ağrılara dözərək  heç nəyə  ehtiyacı olmadığını söyləmişdi.  Çünki  arzusunun astanasında  idi. Şuşaya  girmişdilər.  Sevincdən  ürəyi çırpınırdı. Bu  hiss heç  nəyə  bənzəmirdi. Qürur ,  zəfər  hissi  əvəzedilməzdir,- deyə  düşünürdü.  Yaraları Rəşadı  incidirdi. Lakin  bu  onu  qorxutmurdu.  Onu  tək  bir  şey narahat edirdi. Evlərini  tapmaq  istəyirdi. O  ev  uçmuş  olsa  da,  yenidən yerində yenisini  tikəcəkdi. Amma  babasının  tikdiyi,  atasının  böyüyüb  boya -başa  çatdığı həmin  evi görüb, nənəsinin  oradakı  xatirələrini  vərəqləmək, özünün  o  mənzildə  qurduğu  xəyallarını  gerçəkləşdirmək istəyirdi.   İki  gündən  sonra  artıq yerləri  müəyyənləşdirdi. Haqqında dönə-dönə  eşitdiyi məhəllələri  gəzməyə  başladı.    Yenilənən  hər şeyə nifrət edirdi. Sanki  müqəddəs  torpaqlarda  kabus  gəzmişdi.  Bəli, bu  yenilik  onun  gözündə şeytan  yuvasına  bənzəyirdi. Minlərlə  insanı el-  obasından,  yurd  -  yuvasından  didərgin  salıb, onların  qanlarına  bələnmiş  torpaqlarında,  qan  çanağının  üzərində  yuva  salmışdılar.   Ona  elə  gəlirdi  ki, nənəsinin  təsvir  etdiyi  yerdə  dayanıb əmisinin,  atasının,  anasının  qan  içində  olan  cəsədlərini , parça – parça  olmuş  bacısını   görür.  Bir  an   elə  indicə  onların  ruhlarının  əl -  ələ  verib  arxayınlıqla göylərə  qalxdığını  düşündü.   Nənəsinin  ruhuna  sakitlik  çökmüşdü. Qarının  ruhu  oğlanlarının  ruhuna  qovuşub  dalğa-dalğa göylərə  qalxırdı. Rəşad  yumruqlarını  düyünləmişdi. O,  atasıgili  deyil,  nənəsini  səsləmək  istəyirdi.  Evdən  çıxanda  qoyun   cibinə  qoyduğu  kəhrəba  bıçağı  çıxarıb  ovcuna  aldı.  Buludların  arasından  sürəti  gözünə  görünən  nənəsinə  tərəf  uzadıb  pıçıldadı:  “  Bütün  əmanətlərini  yerinə  qoyacam  ,  nənə”.  Qarının  sürəti  gülümsəyə  -  gülümsəyə  uzaqlaşır  və  pıçıldayırdı:  “Sənə  deyirdim , oğlum Möhtərəm  Ali  Baş  Komandanımız  İlham  Əliyev  torpaqları mütləq   qaytaracaq ona  güvənirdim,  inanırdım.”

Rəşad  xəyaldan  ayrılsa  da ətrafa  göz  gəzdirib  dayandığı elə  bu   məkan    atasıgilin  qətlə  yetirildiyi  yer  olduğunu  düşündü.  Gözləri  yaşarmışdı.  Üzü  aşağıya  doğru  irəliləyirdi.  Uzaqdan  gözü  bir  evi  almışdı.  Öz  evləri  olduğunu  zənn  edirdi. Çünki  nənəsi  danışdıqca gözünün  önündə canlanan həmin bu  mənzərə  idi.  Qırmızı kirəmitli, azca  kürsülü,  pəncərələri  ağ daşla  haşiləyənmiş ev onu  gözləyirdi.  Sanki  Rəşad,-  deyib  səsləyirdi.    Hələ uzaqdan evin   bir  tərəfini  mərmi  dağıtdığnı aydın  görürdü .O,  yanında  gedən  oğlanları  arxada qoyub  qaçmağa  başladı. Evə  çatıb : “ Vallah  bizim  evdir ,   yadıma gəlir”,-  dedi.  Onun  gözündən  yaş axırdı.   Nənə, gəldim  tapdım  evimizi,-  deyib  təkrarlayırdı. Dayanıb  yaddaşını işə saldı. Pilləkənlə  yuxarı  qalxdı.  Tavanın  bir  yanını  mərmi  dağıtmış  olsa  da  köhnə  əşyalar  yerində  idi.  Yumru  masaya  yaxınlaşıb  , nənəsinin  masanı  lalə  stol  adlandırdığını  xatırladı. Mənzildə  köhnə  əşyalarla  yanaşı  təzə  avadanlıqlar  da  var  idi.  Rəşad  bu  yeni  əşyaların  onlara aid  olmadığını  düşünürdü.  Sol  divardakı  qarmağı  görəndə  bütün  bədəni  titrədi.  Aman  Allah  nənəsi  dediyi qarmaq yerində  idi.  Otaqları  dəli  kimi  dolaşıb,  uzun,  tənha gecələrdə gözünün  önündə  canlandırdığı  xatirələri  yada  salırdı.  Həmişə xəyalında  bağa  açılan  bu  pəncərədən  çölə  baxırdı.  Demək əslində   öz  evlərini  xatırlayırmış.  Amma  ona  elə  gəlirdi bütün  bunları  xəyal  edir.  Hisslər  bir  - birinə  qarışmışdı.  İlahi  bu  nə  hissdir?  Bu  nə  sevincdir. Bu  əvəzedilməz  hissi  dillə anlatmaq  mümkün  deyil,  bunu  yaşamayan  duya  bilməz  ,- deyə  fikirləşirdi. O,  bu sevinci, bu müqəddəs  hissi  xalqa  yaşadan  Ali  Baş  Komandan  İlham Əliyevi  düşünürdü .Onun  dəmir  yumruğunu,  qırılmaz əzmini, iti  ağlını, xalqa , torpağa olan   sevgisini  xatırlayırdı.  Hansı  ki,  cəbhə  boyunca ordu o, əzəmətli  sərkərdənin  yenilməz əzminə  arxalanıb irəliləmişdi.

Rəşadgil  iki -  üç  günə  evə  dönməli  idilər. Şuşadan  ayrılmaq  istəməsə  də   evə  zəfərlə  qayıtmaq çox  gözəl  hiss  idi. Sanki  ürəyi   köksünə  sığmırdı.   Bu iki günü  doyunca  gəzib  dolaşdı.  Nənəsinin  suyundan  ötəri  dili , dodağı  yandığı  bulaqdan  onun  əvəzinə  doyunca  su  içdi.  Doğrudan  da  su   dadlı   imiş ,suyun  dadı  olduğunu indi  anlayırdı. Qarı  deyirdi:  Şuşada  hər  bulağın  öz  tamı  var.  Hələlik nənəsinin  ruhunu  şad  etmək  üçün   bulaqdan  su  və  məhlələrindən  torpaq götürdü.  Qarının ruhu  şad  olacağına  əmin  idi.

Evlərinə  axşam  tərəfi  çatdı.  Gülşah  zəfərdən  xəbərdar  olsa  da ,  bu  günlərdə    Rəşadının  gəlməyini  gözləmirdi.  Qız həyətdə  şala  bürünüb  otururdu. Oğlanı  görəndə  yerindən  dik  atılıb  Rəşad,-  deyə  qışqırdı.  Səsindən  özü  diksinib ,oğlanın  boğazına  sarıldı. Yaraları  sızıldasa   da  o,  yaralı qolu ilə  qızı qucaqlayıb  sinəsinə  sıxdı. İlk  günlər  yaralarının  müalicəsi ilə  məşğul  oldu .Özünə  gələn  kimi  Şuşadan gətirdiyi  suyu  və  torpağı  nənəsinin  məzarı  üzərinə  töküb  pıçıldadı:  Nənə,  sənin  qəbrini  Şuşaya  köçürəcəm.  O,  nənəsinə  arxayınlıqla  söz verirdi. Qarının  ona  inandığına  da əmin  idi.   Axı  nənəsi ulu  öndər  Heydər  Əliyevə  inanırdı. Onun  torpaqlarımızı mütləq qaytaracayıq  deməyinə  güvənirdi,  bu günü  gözləyirdi.   Evə  sevincək  gəlmişdi.  İçinə  rahatlıq  çökmüşdü.Televizorda isə İlham  Əliyev  atasının  qəbri  üzərində ona verdiyi  vədi yerinə  yetirdiyini ,torpaqlarımızı   düşmən  tapdağından  azad  etdiyini ,Şuşanı  qaytardığını,-  deyirdi.  Rəşadın sevincdən gözləri yaşardı. Kaş bu günü nənəm görəydi deyə düşünürdü.Bu sevinci yaşayaydı.

Həmin  gün  Rəşad  bir  şad  xəbər  də  eşitdi. Gülşah hamilə  idi. Bir ildən  sonra  Rəşadın  nur  topu kimi bir  oğlu  dünyaya  gəldi.  O, babasından  qalma    evlərini  təmir  etdirib  nənəsinin  illərlə  qoynunda  saxladığı  açarı  həmin  qarmaqdan  asdı .Qarının  otuz  ilə  yaxın  özü  ilə gəzdirdiyi   əşyaları  onun  istəyi  yerə  qoydu. Ürəyinə,  ruhuna  sakitlik  çökmüşdü.                                                                                  Bir  səhər   oğlunu qucağına  alıb,eyvanda  dayanmışdı. Payızın  sazağı kürəyində ,  qollarında  olan  köhnə  yaraları  sızıldadırdı.   Lakin  o,  sızıltıdan  oğlanın  ürəyinə  bir  sərinlik  axırdı. Bu   misilsiz  sevinci  yaşayan  minlərlə insanı  xatırlayıb düşünürdü:  Bu  xalq  ona bu  sevinci  yaşadan,  xalqın kimliyini  ,  mənliyini , vüqarını  ona  qaytaran  əzəmətli prezidentinə daim minnətdar olacaq. Qərinələr ötəcək ,əsrlər  keçəcək adını  tarixə  qızıl  hərflərlə  yazan , xalqını  zəfərdən  zəfərə aparan yenilməz lider İlham Əliyevin  şəninə,qəhrəmanlıq  dastanları,  zəfər  nəğmələri,şeirlər  ,  poemalar  yazılacaq deyə  düşünürdü.  Zəfər  nəğməsi  qulağına  gəlirdi. Onu  bütün  xalq oxuyurdu.  Rəşad  isə oğlunu  sinəsinə  sıxıb  , körpənin  qulağına  Qarabağ

Azərbaycandır!- deyirdi.

Dərya Qılıc (Nailə)

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Prezident təqaüdçüsü

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər