Yazıçılara yenidən mənzil veriləcəkmi? - 21 MƏNZİL...
Ədəbiyyat
2249
21 May 2025 | 08:57

Yazıçılara yenidən mənzil veriləcəkmi? - 21 MƏNZİL...

“Mən sonuncu qurultayda 3 şey vəd eləmişdim. Birinci, Şabranda yaradıcılıq evinin tikilməsini, onu tikdilər, hazırdır. İkincisi, yazıçılara mənzillərin verilməsi idi, onu da elədik. Üçüncü isə Şüvəlanda yaradıcılıq evininin hazırlanmasıdır ki, o da yay aylarında təhvil veriləcək. Verdiyim üç vədin üçünə də əməl eləmişəm”.
 
Bu sözləri Bizim.Media-ya açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev deyib.
 
O, sonuncu qurultaydan sonra 21 yazara mənzil verildiyini bildirib:
 
“Bizə sahə verilmişdi, ev tikildi, həmin yerdən bizə 21 mənzil verildi və biz də həmin mənzilləri yazıçılara payladıq. Yaxın gələcəkdə yazıçılara mənzil verilməsi ilə bağlı heç bir şey yoxdur”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər