Əhməd bəy Ağaoğlu yaradıcılığında klassik ədəbiyyat problemi
Ədəbiyyat
Oxunub: 328
17:38, Bu gün
Əhməd bəy Ağaoğlu yaradıcılığında klassik ədəbiyyat problemi
Əhməd bəy Ağaoğlu mədəniyyətşünas, sosioloq, ictimaiyyətçi, alim olmaqla yanaşı, həm də güclü tənqidçi, böyük ədib olmuşdur. Ədəbiyyat bir sənət sahəsi kimi Ə.Ağaoğlu yaradıcılığında öz layiqli qiymətini almışdır. Əhməd bəyin ədəbiyyatın nəzəri problemlərinə həsr olunmuş məqalələri, ədəbiyyat tarixinə həsr olunmuş iri həcmli əsərləri onlarladır. Əhməd bəy Ağaoğlu əksər əsərlərində ədəbiyyatın həyata təsirini ön plana çəkir, ədəbi əsərlərə də məhz bu mövqedən yanaşaraq təsirin doğru və tərbiyəli olmasını tələb edirdi. Ədəbiyyatın reallığı əks etdirmə probleminə Əhməd bəy Ağaoğlu Şərq ədəbiyyatını tənqid edərkən dəfələrlə müraciət etmişdir. Lakin Əhməd bəy Qərb ədəbiyyatından danışarkən tənqid mövqeyində olmur, əksinə Qərb ədəbiyyatını müsbət plandan tətbiq edir: “Əgər bütün Paris və Parisin tarixi yer üzündən qalxıb yalnız Viktor Hüqonun “Notre Dame de Paris”i ilə Zolyanın “Vente de Paris” adlı əsərləri qalmış olsaydı, biz yenə Parisin istər orta əsrlər və istər daha sonra gələn zamanlardakı həyatı haqqında tam bir fikir əldə edə bilərdik. Küçələrindən, memarisindən, geyiniş tərzindən, evlərin döşənməsindən başlayaraq kilsələrindəki ayinlərinə, kənd satıcılarına qədər xəyalımızda canlandıra bilərdik. Bu xüsusda rus və ingilis ədəbiyyatı o qədər irəli gəlmişdir ki, Rusiyada və İngiltərədə təsvir edilməmiş, canlandırılmamış tək bir çay, tək bir orman, tək bir step, tək bir insan və yaşayış tərzi buraxılmamışdır”.
 
Əhməd bəy Ağaoğlunun ədəbiyyat qavrayışında daha qabarıq cəhət onun şəxsiyyətinə və həyatına uyğun olaraq, ədəbiyyatda ictimailik problemidir. Əhməd bəy Tolstoyu misal gətirərək bildirir ki, əsl ədəbiyyat yüksək düşüncə və duyğuları ilə xalqın rəğbət və sevgisini qazanmağı bacarmalıdır. Əhməd bəyin sırf Azərbaycan ədəbiyyatına həsr olunmuş irihəcmli əsəri yoxdur. Müəllif bəzi məqalələrində bu mövzuya toxunmuşdur. Ədib klassik ədəbiyyatımızı təhlil edərkən belə qənaətə gəlir ki, ədəbiyyatımızın şəkli xüsusiyyətləri əsasən ərəb və farslardan götürülmüşdür. Qətran Təbrizidən XIX əsrin ortalarına qədər ədəbiyyatımızın qida mənbəyi əsasən islam kontekstində Şərq fikri, Şərq cərəyanları olmuşdur. Azərbaycan ədəbiyyatı öz korifeylərini məhz bu qida əsasında – məsələn təsəvvüf fəlsəfəsi əsasında formalaşdırmışdır. Şərq klassik ədəbiyyatına qida verən mənbələr tükənmişdi, artıq deyiləsi sözlər deyilmişdi və Füzulidən bu yana təkrarçılıq başlamışdı. Əhməd bəyin fikrincə, ədəbiyyatda tarixi şəxsiyyətlərin əsərlərinin formalaşması hələ tam formalaşmış ədəbiyyatın olması demək deyildi. Bu baxımdan Xaqani, Nizami, Xətai, Füzuli belə ədəbiyyatın nümayəndələridir. “Nizaminin “Leyli və Məcnun”u ilə Füzulinin “Leyli və Məcnun”u arasında nə fərq vardır?”
 
Əhməd bəy Ağaoğlu klassik ədəbiyyatı mövzu təkrarçılığında ittiham edirdi. O, bu dühalarla yanaşı Dəhləvi, Rumi, Yunis Əmrə, Sədi Şirazi, Nəvai, Hafiz və başqalarını da eyni halqanın zəncirləri hesab edirdi. Əhməd bəy onları ümumşərq poeziyasının çərçivəsindən çıxmamaqda günahlandırırdı. Əhməd bəy Ağaoğlunun Şərq ədəbiyyatına, tarixinə münasibəti birmənalı olaraq mənfidir. Əski ədəbiyyatımızda həyat yoxdur. Əhməd bəy Ağaoğlu yaşadığı dövrdə təhsilin bütövlükdə klassik ədəbiyyat üzərində qurulmasına qarşı çıxmaqda tamamilə haqlı idi. Lakin o, klassik ədəbiyyatın bütövlükdə lazımsız olduğunu deməklə məsələyə tamamilə subyektiv yanaşırdı. Məsələn o, Nizami Gəncəvini nəzərdə tutaraq “Gərçi ən əski fars ədiblərindən birinin “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “İsgəndərnamə” kimi bəzi əsərləri varsa da, bunların adlarının və məzmunlarının həyatdan çox uzaq olduqlarını qeyd edirdi”.
 
Ə.Ağaoğlu klassik ədibləri yaltaqlıq etməkdə və aşırı mədhiyyəçilikdə günahlandırırdı.  Klassik ədəbiyyatda qəsidə, həcv, qəzəl şəkillərinin aparıcı olmasını tənqid edirdi. Ə.Ağaoğlunun ifrat Avropa meyilliliyi, bəzi hallarda onun klassik ədəbiyyatımızı sərt tənqid etməsinə səbəb olurdu. O, klassik ədəbiyyat nümayəndələri olan Şeyx Sədilərin, Molla Camilərin XX əsr ədəbiyyatına belə hakim olmaları ilə barışa bilmirdi. Ona görə də, onları kəskin tənqid etməkdən çəkinmirdi. Klassik ədəbiyyatın hakim mövqeyini irəliləyişin olmamasının başlıca səbəbi görürdü. Ə.Ağaoğlu Ezop, Lafonten və Krılovu misal göstərərək Şərq ədəbiyyatını təkrarçılığa yönəlik əsərlər yazmaqda günahlandırırdı. O, klassik Şərq ədəbiyyatının məhz Robespyer, Monteskyö, Russo kimi insanlar yetişdirə bilmədiyinə görə geri qaldığını söyləyirdi. Məktəblərin belə yeniliklərə açıq olmamasını, klassik ədəbiyyat nümunələri olan Hafizin, Sədinin, Füzulinin qəzəllərinin məcbur şəkildə əzbərlədilməsinin böyük bir geri qalmanın səbəbi olduğunu dönə-dönə qeyd edirdi. Ə.Ağaoğlunun elmi və publisistik əsərlərində Prudonun fikirlərini təsdiq etdiyini və onun davamçısı olduğunu görürük. Platon və Furyenin cəmiyyətlə fərd arasındakı əlaqə fikirlərinə rəğbət bəsləmişdi. Əhməd bəy öz “Üç mədəniyyət” əsərində yazır ki, “Mənə ilk əvvəl Qafqazı sevdirən, Qafqazın gözəlliklərini anladan Lermontovla Puşkinin təsvirləri olmuşdur”.
 
Ədəbiyyatın cəmiyyətin həyatına təsirini Əhməd bəyin yaradıcılığında açıq şəkildə görürük. Təsadüfi deyil ki, Ə.Ağaoğlunun nümunə göstərdiyi ədiblər tarixdə həm də cərəyan yaratmış, ictimai fikrə güclü təsir göstərmiş Volter, Russo, Monteskyo, Puşkin, Tolstoy kimi dühalar idilər. Tolstoyun çar, əyanlar, dini idarə tərəfindən təzyiqlərə məruz qalmasına rəğmən öz fikirlərindəki və fəaliyyətindəki güzəştsizliyini təqdir edərək yazırdı: “Hökmdarlar bircə şeydə səhv etmişdilər. Hər şey zor gücünə dəyişə bilsə də, xəyala və hissiyata güc gəlmək olmur”.
 
Gözümüzün önündən keçən əmsalsız rus fırtınasının qasırğalarını, heç şübhə yox ki, Tolstoylar, Qorkilər hazırlamışdılar. İslam klassik ədəbiyyatında buna bənzər bir şey aramaq boşunadır”.
 
Əhməd bəy klassik ədəbiyyat problemlərini məhz dühaların yaradıcılığında dəyərləndirmişdi. Lakin maraqlı olan faktlardan biri də odur ki, Əhməd bəy ədəbiyyatın problemlərinə dair çoxlu sayda məqalələr yazmasına baxmayaraq, bir dəfə də olsun rus ədəbiyyatının dahisi olan Dostoyevskinin yaradıcılığına nə mənfi, nə də ki, müsbət cəhətdən toxunmamışdı. Dostoyevskinin əsərlərinə dair Əhməd bəyin heç bir yerdə fikirlərinə rast gəlmirik. Lakin buna baxmayaraq, onun Puşkinin, Lermontovun, Qoqolun, Qorkinin, Andreyevin, Çexovun əsərlərini oxuyub öz tənqidi məqalələrində qiymətləndirdiyini görürük. Əhməd bəy Ağaoğlu əksər fikirlərində qərbliləri Şərqdən üstün tutsa da, hekayələrindən birində Qərb filosofu Nitsşe ilə Şərqin əxlaqçı filosofu Konfutsini qarşılaşdırıb, onların dialoqu ilə öz fikirlərini verə bilmişdir. Əhməd bəy burada əxlaqi dəyərləri üstün tutub, Nitsşenin “güclü haqlıdır” prinsipini tənqid edib. Əhməd bəy Nitsşeni mənfi qəhrəman kimi seçmişdir, sonralar Nitsşenin ideyalarını özünə rəhbər seçən Adolf Hitler yalnız fiziki cəhətdən sağlam insan xeyir verə bilər prinsipinə əsaslanaraq, milyonlarla insanın ölümünə bais olması Əhməd bəyin nə qədər haqlı olmasının sübutu idi. Ə.Ağaoğlunun elmi və publisistik əsərləri onun klassik ədəbiyyat problemləri ilə bağlı fikirlərini tamamilə əks etdirə bilmişdir.
 
Həcər Atakişiyeva
 
Oxşar xəbərlər
20:09, Bu gün
AYNA-dan Ədalət Şükürova CAVAB: Əməkdar artist quruma dəvət olunur
20:00, Bu gün
Dünyanın ən bahalı klublarının adları açıqlandı - Siyahı
19:55, Bu gün
Türkiyə ordusu daha iki terrorçunu zərərsizləşdirdi
19:48, Bu gün
“Bu ABŞ generalı olmasa, İsrail İrana qarşı bu dördsəviyyəli müdafiə sistemini qura bilməz...”  
19:45, Bu gün
Niyə kabus görürük? - Elmi şərh
19:40, Bu gün
Dəfn mərasimində tabutdan səs gəldi - nəbzi atırmış...
19:33, Bu gün
Nüvə təhlükəsinin səviyyəsi ciddi şəkildə artıb - Rusiya XİN
19:28, Bu gün
Tələbələrə ŞAD XƏBƏR - Bakalavr müddəti 3 ilə endirilə bilər
19:20, Bu gün
Gündə Bakıda 300 mindən çox taksi daşıması həyata keçirilir - RƏSMİ
19:15, Bu gün
İrəvanın niyə belə etdiyini bilmirik - Zaxarova
19:11, Bu gün
Vüqar Rəhimzadə: Azərbaycan-Rusiya əlaqələrinin tarixinə növbəti uğurlu səhifə yazıldı
19:05, Bu gün
Silikon Vadisi: Milyarderlərin yaşadığı "Ağıllı şəhər"
18:58, Bu gün
Eyfel qülləsinin taleyi sual altında: Fransa rəsmiləri fikir ayrılığına düşüb
18:50, Bu gün
Ən etibarlı beş bürc - Xəyanət onlara yaddır
18:43, Bu gün
Xorvatiya iki ildə Ukraynaya 300 milyon avro yardım göstərib
18:35, Bu gün
Qərbin Bakıya təzyiqi… - Zaxarova
18:27, Bu gün
"iPhone" istifadəçiləri "Android" işlədənlərə "pis baxır", sevgili olmaq istəmir - Maraqlı araşdırma
18:21, Bu gün
O, orqanizmdə iltihabı azaldır
18:15, Bu gün
Dəmiryol vağzalının şüşəsini sındırdı: "10 bakal pivə içmişdim..."
18:10, Bu gün
Bakıda 34 yaşlı müəllim direktor təyin edildi - FOTO
18:03, Bu gün
Milli Məclisdə yeni təyinat: Deputat seçilən məmurun yerinə o gətirildi
17:58, Bu gün
Danışıqlardan qaçan Ermənistan: İrəvanın saxta sülh ritorikası - ŞƏRH + FOOT
17:53, Bu gün
İlham Əliyev Keri Makkartini qəbul etdi - YENİLƏNİB
17:48, Bu gün
Azərbaycanda əhali təşvişdə - qəribə canlılar rayonu cənginə aldı - FOTOLAR
17:42, Bu gün
"HƏMAS simurq quşu kimi küldən yenidən doğulacaq" - HƏMAS-ın sürgündə olan lideri
17:38, Bu gün
Əhməd bəy Ağaoğlu yaradıcılığında klassik ədəbiyyat problemi
17:33, Bu gün
BDU-da “Kosmos və iqlim dəyişikliyi” adlı tədbir keçirilib - FOTO
17:27, Bu gün
Magistral su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində təmir işləri başa çatıb
17:22, Bu gün
Laçın və Şuşada əmək yarmarkaları təşkil ediləcək: 400-dən çox vakansiya... – FOTO
17:17, Bu gün
"Xankəndi" klubunun baş məşqçisi açıqlandı
17:12, Bu gün
Ali Məhkəmənin yeni hakimləri and içdi - FOTO
17:07, Bu gün
Ev almaq istəyənlərə ŞAD XƏBƏR: İpoteka imkanı artdı
17:03, Bu gün
Prezident daha bir qəbul keçirdi - YENİLƏNİB
16:59, Bu gün
BDU-da Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş - FOTO
16:55, Bu gün
Dilarə Kazımovadan ETİRAF: "İstədim oranı tərk edim"
16:52, Bu gün
COP 29 bizə hansı ümidləri verir? -EKSPERT AÇIQLADI 
16:50, Bu gün
Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakteri iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcək
16:46, Bu gün
Vidadi İsayev Bərdənin Kolayır kəndində səyyar qəbul-görüş keçirdi - - FOTOLAR
16:41, Bu gün
Tələbələrə ŞAD XƏBƏR - Bu ixtisaslar 4 ildən 3 ilə endirilir
16:37, Bu gün
“Laçın şəhərinin 2025-də MDB-nin mədəniyyət mərkəzi elan edilməsi tarixi hadisədir”
16:32, Bu gün
Laçın rayonu uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan gənc zabit
16:27, Bu gün
Kiprdə “Bizim sevgimiz – sizin sevginizdir” adlı VI Beynəlxalq Mədəniyyət Festivalı keçirilib
16:23, Bu gün
"Ona görə Türkiyə Respublikasını nüvə silahı yaratmağa çağırmışam" - Qüdrət Həsənquliyev
16:23, Bu gün
"Kursk əməliyyatı müharibədən çıxmağın "üçüncü yol"unu açıb" - "Foreign Policy"
16:18, Bu gün
UNEC ilə Türkiyə Rəqabət Qurumu arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO/VİDEO
16:13, Bu gün
BDU tələbələri üçün “Erkən nikahın fəsadları” mövzusunda sessiya - FOTOLAR
16:08, Bu gün
İlham Əliyev ABŞ Prezidentinin baş müşavirini qəbul etdi - YENİLƏNİB
16:04, Bu gün
Rəşad Sadıqov əməliyyat olundu
15:59, Bu gün
Nəcməddin Sadıkov aylar sonra üzə çıxdı - FOTO
15:54, Bu gün
BDU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib
15:48, Bu gün
Sizin “qızıl vaxtınız” gələcək: bu BÜRCLƏR çox şad xəbərlər alacaqlar
15:42, Bu gün
Rusiya Ermənistandan gedir: İrəvan yaranan boşluğu hərraca çıxaracaq - ŞƏRH + FOTO
15:36, Bu gün
Brilliant Dadaşovadan cəsarətli yenilik - VİDEO
15:30, Bu gün
"Yarım saat ərzində 6 maşından yerə siqaret atdılar" - Deputat cərimələrin artırılmasından danışdı
15:25, Bu gün
Neftçalada yolların yenidən qurulması yekunlaşıb - FOTO/VİDEO
15:20, Bu gün
Kimya üzrə “Nobel” mükafatı laureatları məlum oldu
15:15, Bu gün
Dövlət Agentliyi 145 min manata “Toyota Land Cruiser” alır
15:10, Bu gün
Xatirə İslam efirə şəffaf libasda çıxdı - FOTO
15:05, Bu gün
Zaqatalada müəllim özünü asdı
15:00, Bu gün
“Mədəniyyət Nazirliyi araşdırma başladıb” - Müğənnilərdən açıqlama
14:55, Bu gün
"NATO Ukraynaya daha çox yardım etməlidir və edəcəkdir" - Mark Rütte
14:49, Bu gün
“Avropa İttifaqı missiyası şərti sərhəddən çıxarılmalıdır”
14:42, Bu gün
Putinin bir milyardlıq sarayı yerlə-yeksan edildi: Sui-qəsd planı? - FOTO/VİDEO
14:37, Bu gün
Salyanda 45 yaşlı kişi qızının sinif yoldaşını evinə çağırdı, onunla... – TƏFƏRRÜAT
14:31, Bu gün
Sabah Bakıda COP29 öncəsi konfrans başlayır
14:26, Bu gün
Faciəvi şəkildə ölən tələbə qızın nişanlısından duyğulandıran PAYLAŞIM - VİDEO
14:20, Bu gün
SESRIC-lə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub - FOTO
14:16, Bu gün
TOST piramidasına qarşı əməliyyat: 5 milyon… - Video
14:10, Bu gün
ADNSU ilk dəfə “Times Higher Education World University Rankings 2025”də yer aldı - FOTO
14:05, Bu gün
Bakıda IV "Qələbə qaçışı" təşkil ediləcək
14:00, Bu gün
“Borc aldığım müğənni hamının içində məni təhqir etdi” - VİDEO
13:54, Bu gün
“İnternet istəmirik deyə telefon xəttimizi də kəsiblər” - Paytaxt sakinləri etiraz edir - FOTO
13:48, Bu gün
"Neftçi"nin yeni baş məşqçisi ilə bağlı SON XƏBƏR
13:42, Bu gün
Azərbaycanlı iş adamı Türkiyədə güllələndi - VİDEO
13:36, Bu gün
Audiovizual Şura "ATV Plus"u məhkəməyə verdi
13:30, Bu gün
“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”
13:25, Bu gün
Azərbaycanda dronlarla bağlı yeni ixtisas yaradılır
13:19, Bu gün
ABŞ Prezidentinin baş müşaviri Bakıda
13:13, Bu gün
Prezidentdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı MÜHÜM FƏRMAN
13:07, Bu gün
“Yenidən ana olmaq istəmirəm”
13:02, Bu gün
Balaəli Hissdən danışdı: “Səhnəmizin hissiyyatı ölüb” - VİDEO
12:56, Bu gün
Bayden "Ramştayn" Təmas Qrupunun görüşünə qatılmayacaq
12:50, Bu gün
Amfibiya təyyarəmiz İzmir-Aliağada meşə yanğınlarına cəlb olundu - VİDEO
12:45, Bu gün
BDU-nun 51 yaşlı tələbəsi: “Heç vaxt heç nə üçün gec deyil, dərslər o qədər maraqlı gəlir ki...”
12:39, Bu gün
DƏMX Böyük Britaniyada keçirilən müsabiqədə növbəti beynəlxalq mükafata layiq görülüb
12:34, Bu gün
“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib - FOTOLAR
12:29, Bu gün
Bu nazirliklər bütün zənglərə cavab verib - MONİTORİNQ + FOTO
12:24, Bu gün
Britaniyalı nazir Azərbaycana gəldi
12:19, Bu gün
Voleybolçularımız ailə qurur
12:15, Bu gün
“Ölkəyə kərə yağı 9 manat 10 qəpiyə daxil olur, amma kilosu 18-25 manata satılır... “
12:10, Bu gün
Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alındı - FOTO
12:05, Bu gün
Rövşən Rzayev tələbə adını qazanan gənclərlə görüşdü - FOTOLAR
12:02, Bu gün
XI Avrasiya uşaq həkimlərinin konqresi keçirilib - FOTO
12:00, Bu gün
BDU “THE World University Rankings 2025” nəticələrinə görə ölkədə liderdir
11:55, Bu gün
Məsut Özil Bakıya gəlir: “Qarabağ”ı izləyəcək
11:50, Bu gün
“Boztəpə” kanalı yenidən qurulur - FOTO
11:46, Bu gün
Şahdağa qar yağdı - FAKTİKİ HAVA
11:41, Bu gün
"Telegram"da artıq bu mümkün olacaq
11:36, Bu gün
Bakının bu rayonunda işıq olmayacaq
11:30, Bu gün
Əməkdar məşqçi ürəktutmasından vəfat etdi
GÜNLÜK
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
00:02, Bu gün
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
08 Oct 2024 | 23:03
"Dövlət başçıları nə qədər qazanır və onlardan ən çox qazananı kimdir?" - "Forbes"
08 Oct 2024 | 20:45
"Şimali Koreya Ukraynaya nizami qoşun yeridə bilər" - KXDR müdafiə naziri
08 Oct 2024 | 20:30
Paket çaydan istifadə edəndə bu səhvə yol verməyin
08 Oct 2024 | 20:40
Türkiyədə son hadisələrdən sonra qalmaqallı FOTOsu gündəmə gəldi
08 Oct 2024 | 21:30
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
00:19, Bu gün
Azərbaycan istehsalı olan aviabomba ASELSAN-ın lazer dəsti ilə hədəfi yüksək dəqiqliklə vurub
08 Oct 2024 | 21:16
Bakıda kişi avtomobildə əyləşən qadını döydü - Hadisə yerindən GÖRÜNTÜLƏR
08 Oct 2024 | 22:28
Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik
HƏFTƏLİK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
07 Oct 2024 | 16:32
“Bağırovun məhkəməsi o vaxtkı SSRİ rəhbəri Xruşovun əmri ilə təşkil olunmuş oyun idi...”
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
08 Oct 2024 | 07:55
Canan Karatay ən faydalı turşunun ADINI AÇIQLADI 
08 Oct 2024 | 17:40
Lavaş çörəkdən daha faydalıdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI 
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
AYLIQ
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
00:02, Bu gün
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
08 Oct 2024 | 23:03
"Dövlət başçıları nə qədər qazanır və onlardan ən çox qazananı kimdir?" - "Forbes"
08 Oct 2024 | 20:45
"Şimali Koreya Ukraynaya nizami qoşun yeridə bilər" - KXDR müdafiə naziri
08 Oct 2024 | 20:30
Paket çaydan istifadə edəndə bu səhvə yol verməyin
08 Oct 2024 | 20:40
Türkiyədə son hadisələrdən sonra qalmaqallı FOTOsu gündəmə gəldi
08 Oct 2024 | 21:30
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
00:19, Bu gün
Azərbaycan istehsalı olan aviabomba ASELSAN-ın lazer dəsti ilə hədəfi yüksək dəqiqliklə vurub
08 Oct 2024 | 21:16
Bakıda kişi avtomobildə əyləşən qadını döydü - Hadisə yerindən GÖRÜNTÜLƏR
08 Oct 2024 | 22:28
Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik