Ədəbiyyat
3247
21 Sep 2024 | 19:34

"Kimim var ki, dağlarda?!"

Eşitdim ki, qar yağıb, dolu düşüb dağlara, 
Fikrim dolanıb getdi, sənli olan çağlara, Xəyalımda  ümidlər götürər uzaqlara, 
Nədən axı bu ruhum uçar uca dağlara, 
Eyy yolu dağdan ötən salam deyin dağlara, 
Kimim var ki, dağlarda, dağlar hara, mən hara?! 
 
Yaşayıram könlümün gecikmiş sevdasında 
Dağlar  boyda həsrət var gözümün  qorasında, 
Bir sevgi itirmişəm dağların arasında, 
Eyy yolu dağdan ötən salam deyin dağlara, 
Kimim var ki, dağlarda, dağlar hara, mən hara?! 
 
Bir xatirəyə dönüb  sənli olan günlərim 
Yarı xəzan güllərm, yarı qönçə güllərim, 
O dağlara gec gələr bahar -yaz fəsillərim, 
Eyy yolu dağdan ötən salam deyin dağlara, 
Kimim var ki, dağlarda, dağlar hara, mən hara?! 
 
Bir çəmənlik yaşılam, o dağlarda izim var, 
Bir sevginin yaşıyam, göydən baxan gözüm var, 
Səni ruhuma sıxan, alovum var, közüm var, 
Eyy yolu dağdan ötən salam deyin dağlara, 
Kimim var ki, dağlarda, dağlar hara, mən hara?! 
 
Şəlalə rəngindədir, dağların qərib  yeli, 
Gözümdə dumanları,qəlbimdə həsrət seli, 
Sevda nəğməsi deyir hər çiçəyi, hər gülü, 
Ürəyim istəyir ki, cıxıb gedim dağlara, 
Bəlkə sirrimi acam, zirvədə qartallara 
Ehh…Xuraman bir dayan, dağlar hara? Sən hara? 
 Ehhh…Xuraman bir dayan, dağlar hara? Sən hara?
Eyy yolu dağdan ötən salam deyin dağlara, 
Kimim var ki, dağlarda, dağlar hara, mən hara?! 

 

Xuraman Muradova
Azərbaycan Yazıçılar Birliyinin, Türkiyə Yazarlar Birliyinin üzvü, Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü
Link kopyalandı!
Son xəbərlər