Bizi sosial şəbəkələrdən izləyin:
“Təbii ki, mən də bütün normal azərbaycanlılar kimi prosesləri həyəcanla izləyirdim. Çünki hər şey gözləmək olardı. Yəni birinci turdan sonra Ərdoğana qarşı Avropanın və Amerikanın münasibətləri göz qabağındaydı. Ona görə bir balaca içimdə nigaranlıq var idi”
Moderator.az xəbər verir ki, bunu Adalet.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib. Seyran Səxavət hörmətli Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə prezident seçilməsi münasibətilə dostları təbrik edib:
“Amma şükürlər olsun ki, böyük türk xalqı bu dəfə də öz seçimini düzgün elədi və bu bütün azərbaycanlıları sevindirdi. Mən baxan tərəfdən dünyanın bu günki görünən vəziyyətini nəzərə alanda Ərdoğanın növbəti dəfə prezident seçilməsi çox vacib idi. Çünki qarşıda Cənubi Azərbaycan məsələsi, bizim həll olunmamış bəzi problemlərimiz var. Türkiyə də özləri demişkən həmişə can Azərbaycanın yanındadır. Rəcəb Tayyib Ərdoğan da ki, mənim aləmimdə ər oğlu ərdi, nə oğlu nərdi. Allah onu qorusun və Allah bu seçimi də əvvəlki seçki kimi xeyirli, uğurlu eləsin. Biz də baxaq sevinək. Artıq Türkiyə dünyada necə lazımdırsa söz sahibidir. Bu mənada onun ətrafında birləşən türk dövlətləri də artıq söz sahibi olan bir məkana çevrilir. Bu da son dərəcə sevindiricidir. Dədə-baba diliylə desək, Ərdoğanın seçilməsi mənə ləzzət elədi. Onu öpürəm, bağrıma basıram, bütün Azərbaycan xalqı, söz adamları, qohum-əqrabamın adından təbrik edirəm, bağrıma basıram və mən həmçinin səni də, təmsil etdiyin redaksiyanı da, sizin simanızda bütün vicdanlı adamların hamısını tərbik edirəm”.