Əsərlərini yuxusunda görən Çingiz Abdullayevə eşq məktubları yazan qadın kim idi?
Ədəbiyyat
Oxunub: 3226
07 Apr 2023 | 18:41
Əsərlərini yuxusunda görən Çingiz Abdullayevə eşq məktubları yazan qadın kim idi?

Moderator.az kulis.az-a istinadən bu gün doğum günü olan Xalq yazıçısı Çingiz Abdullayev ilə bağlı maraqlı faktları təqdim edir.


Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, hüquqşünaslar nəslindəndir. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olub, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışıb.

***
Ç. Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirib (1976) və təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində davam etdirib (1976–1981).

***
Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi kimi başlayan Çingiz Abdullayev daha sonra böyük hüquq məsləhətçisi və şöbə rəisi vəzifələrində çalışıb. O, 1984–1986-cı illərdə Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olub.

Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi seçilib. Artıq 32 ildir ki, AYB-nin katibidir.

Çingiz Abdullayev Vətən Müharibəsindən əsər yazır - Bu dəfə detektiv  olmayacaq

***

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayan Çingiz Abdullayev 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edib. Rus dilində yazıb-yaradan yazıçının əsərləri bir sıra xarici dillərə tərcümə olunub. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılıb. 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünya yayılan yazıçı 200-dən çox kitabın müəllifidir.


O, çoxlarını düşündürən Çingiz Abdullayev Azərbaycan dilində niyə yazmır? – sualına oxucularla keçirilən görüşdə bu cür cavablandırıb:

“Həmişə partiyada çalışdığı üçün rus dilində öyrənib yazmışam. Ancaq etiraf edim ki, Azərbaycanda harada çıxış edirəmsə, yalnız Azərbaycan dilində danışıram. Böyük türk yazıçısı Çingiz Aytmatov qırğız dilində bir söz də bilmirdi, Oljas Süleymanov qazax dilini bilmirdi. Bununla belə onlar öz xalqlarının dərdlərini yazıblar".

4 universitetin fəxri doktoru, hüquq elmləri professoru olan yazıçının ilk kitabı “Mavi Mələklər” («Голубые ангелы») olub. 1988-ci ildə çıxan bu kitabın 3 il rəsmi çapa buraxılmağına qadağa qoyulub.

Çingiz Abdullayev əsərlərinin çoxunu öz yuxusunda gördüyünü deyir.. Ona görə də rahat yatmır.

Çingiz Abdullayevin 10 kitabı Azərbaycan dilində nəşr olunub

***

Əksər insanlar zamanla yazıçının şöhrət qazanmasını məhz onun başqa dildə yazmağı ilə bağlasa da, Çingiz Abdullayev bununla razılaşmayıb yaxşı kitabın öz ölkəmizdə də, bütün dünyada da yazıçıya şöhrət qazandıra biləcəyini vurğulayıb:


“Öz dilimizdə yazdığım çoxlu sayda əsər var ki, çin, eston, ukrayna, rus dillərinə tərcümə olunub. Əsərin hansı dildə yazılmasının fərqi yoxdur. Lakin dünyada bu gün 5 dil var ki, yazıçı bu dillərdə özünü təsdiq edə bilərsə, onda dünyanı qazana bilər. Yox, əgər bu dillərdə kitabı çıxmırsa, onda yazarın uğur qazanması çətin olur. Bu dillər rus, ingilis, fransız, alman və ispan dilidir. Baxmayaraq ki, çin dilində 1 milyarda yaxın insan danışır, o dildə yazan yazıçının əsəri çox da uğur qazana bilməz. Orxan Pamuk türk dilində yazdığı əsərləri ilə tanına bilmədi, amma fransız dilinə tərcümə olunduqdan sonra bütün dünyada tanınmağa başladı. Onun əsərləri bizdə daha çox rus dilində oxunur. Utanc hissi versə də, türk yazarı Orxan Pamuk rus dilindəki əsərləri ilə Azərbaycanda məşhur oldu”.

***

Onun fikrincə, pulu, şöhrəti fikirləşən adam heç vaxt yazıçı adlana bilməz.

***
Çingiz Abdullayev, rus dilində psixoloji və siyasi detektiv janrında əsərlər yazan yeganə azərbaycanlı yazıçıdır. O, ədəbi fəaliyyət bir neçə lirik hekayə ilə, o cümlədən "Vals" (1981) və "Bir tikə çörək" (1981–1982) ilə başlayıb. Yazıçının ilk böyük əsəri — "Mavi mələklər" romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Sonralar trilogiya — "Əclafların qanunu", "Əclafların əqidəsi" və "Əclafların vicdanı" nəşr olunub.


Yazıçı həm də “ Dronqo” ( 2002, bədii serial) , “Məhkumlar” (2007, tammetrajlı bədii film), “Tərsinə çevrilən dünya” (2011, tammetrajlı bədii film), “Xeyirlə şərin rəqsi” nin (2015,tammetrajlı bədii film) ssenari müəəlifidir. Onu da qeyd edək ki, əsərlərindən fərqli olaraq, o, ssenarilərinin əksəriyyəti Azərbaycan dilində yazıb.

***

2021-ci ildə Xalq yazıçısının Sumqayıtda oxucuları ilə görüşdə Birinci Qarabağ Müharibəsi haqda dediyi fikirləri müzakirələrə səbəb olub:

“Birinci Qarabağ Müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır. Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb. Xocalıya girən 366-cı alayda komandirlərin hamısı erməni idi. Əsl müharibə indi olub. 44 günlük müharibə ki, bizim müstəqil ordumuz olub, komandiri olub”

Çingiz Abdullayev 203 min manatın nəyə xərcləndiyini açıqlayıb

Səsləndirdiyi bu fikirlərlə gündəmə gələn yazıçı bir çox insanlar tərəfindən qınaq obyektinə çevrilib. KİV-də bu haqda çoxsaylı tənqidi yazılar dərc olunub.

Tənqidlərə məruz qalan Xalq yazıçısı isə "Birinci Qarabağ müharibəsi olmayıb, yalandır” fikrinə bu cür aydınlıq gətirib:

"Nə qədər şəhid o müharibədə və 3 minə yaxın şəhid bu müharibədə vermişik. Amma bu axırıncı müharibədə bizim müstəqil ordumuz, bizim iqtisadiyyatımız, pulumuz, imkanımız, Prezidentimiz və onun iradəsi olub. Ona görə mən bunu dedim. Bunu hələ bir il bundan öncə demişdim və 1 ay bundan öncə yazmışdım. O vaxt oxuyanlardan heç kim buna fikir vermədi. Bu videonu qəsdən belə çəkiblər ki, birinci hissə orada olmasın. Amma baxın orada (çıxış etdiyi tədbiri nəzərdə tutur-red.) neçə yüz adam oturmuşdu. Onlardan soruşun ki, necə olub və necə danışmışam”.


Onu bu məsələdə Xalq artistləri Flora Kərimova, Niyaməddin Musayev və digər sənətçilər müdafiə edib, insanları yazçıya çamur atmaqdan çəkinməyə çağırıblar.

***

Detektiv janrda yazdığı ilk vaxtlardan iradlarla üzləşən yazıçı yenə də istəyindən dönməyib. Nə vaxtsa bu janrla dünyada tanınacağına inanıb. Kitablarını Moskvada çap etməklə bağlı təklif aldıqda burada buraxılan kitablarını satış üçün Moskvaya göndərib. Mədəniyyət Şöbəsinin rəhbəri bundan xəbərdar olub yazıçını yanına çağırıb. Bildirib ki, bu məzmunda heç vaxt kitab yazma. Sən azərbaycanlısan. Bu qədər quldur narkoman var, onlardan yaz. Siyasi detektiv yazma. Bizlik deyil. Bu, yəhudilərin çörəyidir. Yazıçının kitablarının Moskvada satılanda isə ona gülüb “Çingiz Abdullayev adında siyasi detektiv yazan olmaz, getsin qoyunlarını otarsın, bazarda göyərtisini satsın” deyiblər.
Çingiz Abdullayevin əsərləri zamanla ölkəmizdə müxtəlif qələm əhli tərəfindən yaxşı qəbul edilməyib, plagiat hesab olunub. Zehinləri yazıçının bu romanları özünün yazması ilə bağlı suallar narahat edib.


O, müsahibələrinin birində bu barədə qeyd edib:

“Bəzi axmaq adamlar yazırlar ki, Çingiz , ümumiyyətlə yazıçı deyil. Mən bununla razıyam. Amma siz Xalq yazıçısı adı verilən birinə qarşı bu fikri səsləndirəndə fikirləşin ki, xalqı biabır edirsiniz. Heç vaxt onlara fikir vermirəm, hirslənmirəm. Milçəyə, ağcaqanada axı necə hirslənə bilərəm? Məni ancaq Neftçi futbol klubunun uduzması hirsləndirə bilər”.

***
Başqa bir müsahibəsində isə səsləndirdiyi “Ayda yetmiş min manat, mənim üçün pul deyil” – fikri yazıçını yenidən tənqid obyektinə çevirməsinə səbəb olub. “Qələm əhli belə qeyri-təvazökar ola bilməz” deyən adamlar tənqid oxlarını yenidən ona tuşlayıb. Yazıçı özü isə bu barədə fikir bildirməkdən imtina edib.

***

Əksər detektiv əsərlərinizdə “Dronqo”nu baş qəhrəman edən yazıçının bu obrazının heyranlarından biri də bəstəkar Emin Sabitoğlu olub.

Hətta bir dəfə onun bir sıra əsərlərində xəfiyyə obrazı olan “Dronqo”nu əsərlərindən birində öldürdüyü üçün bəstəkar ona zəng vurub və qızının Dronqonun ölümünə ağladığını deyib. Yazıçı bu haqda Eminlə bağlı xatirələrində qeyd edib:
“Elə qəhrəmanı öldürmək olar?” deyə narazılıq etdi. Mən də Dronqonu yenidən “diriltdim”. İndi həmin qız rektordur. Onu hər görəndə “Dronqo sənə görə sağ qalıb” deyə yadına salıram”.

***
Çingiz Abdullayev 30 sentyabr 2022-ci ildə keçirilən AYB-nin XIII qurultayında yenidən gündəmə gəlib.


O, ona sual verən bir jurnalisti təhqir edib və buna görə sərt şəkildə tənqid edilib. Məsələyə aydınlıq gətirən Xalq yazıçısı bildirib ki, jurnalist bu sualı ona təxribat məqsədilə verib:


“Mənə aydın deyil ki, insanlar necə inana bilərlər ki, mən durduğum yerdə jurnalisti təhqir edə bilərəm? Məsələ burasındadır ki, o, sualı təxribat məqsədilə verirdi. Dedi ki, sərf olunan vəsaiti bu salonda görmür. Halbuki 500 iştirakçı açılmış kofe-breyk masasını görmüşdü və təbii ki, buna da vəsait xərclənmişdi. Mənim əziz azərbaycanlılarım hamının oğru, yaramaz, vicdansız olduğuna niyə belə həvəslə inanırlar?”.

Normalda Çingiz Abdullayev üzr istəməli idi'

***

Öz sözlərinə görə, o, Azərbaycandan daha çox dünyada oxunur:

“Hesab edirəm ki, məni Azərbaycandan da çox başqa xalqlar oxuyur. Ukraynada mən milli qəhrəmanam. Latviyaya gedəndə oranın camaatı məni qatarda qarşılayırdı. Son dövrlər ölkədə 70-dən çox kitabım nəşr olunsa da, burdakı oxucularımın sayı hələ də azdır”.

Hətta yazıçının verilişlərdən birində danışdığı əhvata görə, Polşadan bir xanım ona məktub yazaraq onu sevdiyini bildirib və onun üçün Bakıya gəlmək istədiyini deyib. "Evli olduğunuzu bilirəm. Atam varlı insandır. Sizin yanınızda haradasa bir yerdə yaşayacam"- deyən qadına yazıçı "Çox gözəl qadınsınız arvadım qısqanacaq. Bəlkə mən gəlim sizə heç kim bilməsin?"- cavabını verib.

***

Yazıçı ailəlidir, iki övladı var(bir qızı və oğlu).

Çingiz Abdullayev xidmətlərinə görə "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunub, 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.


Bu gün Xalq yazıçısı 64 yaşını qeyd edir.

Oxşar xəbərlər
29 Sep 2024 | 22:47
"Ən qanlı cinayətlər dünyanın susduğu zaman baş verir" - Zelenski
29 Sep 2024 | 22:41
UFC döyüşçüsü Parisdəki qələbəsindən sonra Makronu təhqir etdi
29 Sep 2024 | 22:39
Eyni internet üçün niyə artıq pul ödəyirik?
29 Sep 2024 | 22:38
DİN-dən XƏBƏRDARLIQ! CİDDİ YANAŞIN!
29 Sep 2024 | 22:37
Bu ölkə də sərhəddə hasar çəkmək istəyir
29 Sep 2024 | 22:33
Daha bir Vətən müharibəsi iştirakçısı vəfat etdi
29 Sep 2024 | 22:32
"Mançester Yunayted" böyük fərqlə "Tottenhem"ə məğlub oldu
29 Sep 2024 | 22:09
İlon Maskdan proqnoz: Tramp seçkidə uduzarsa nə olacaq?
29 Sep 2024 | 21:57
"İran rəhbərliyində İsrailə cavab verilməsi ilə bağlı ixtilaflar yaranıb" -  "The New York Times"
29 Sep 2024 | 21:55
Sakinlərin DİQQƏTİNƏ: Sabah Bakının üç rayonunda qaz olmayacaq
29 Sep 2024 | 21:31
İsrail “Hizbullah” hərəkatına qarşı əməliyyatı yekunlaşdırıb
29 Sep 2024 | 21:24
Sumqayıtda yataqxanada yanğın olub - YENİLƏNİB
29 Sep 2024 | 21:12
Meymunçiçəyi epidemiyası sürətlə yayılır
29 Sep 2024 | 21:08
“Bayden administrasiyası Ermənistanı məğlubiyyətə hazırlayır”
29 Sep 2024 | 20:52
"Trampın Putinin niyyətlərini düzgün anlamaması yaxşı heç nə vəd etmir" - "Der Spiegel"
29 Sep 2024 | 20:34
“Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır” - Prezident
29 Sep 2024 | 20:26
ABŞ ordusu Suriyada 37 terrorçu məhv edib
29 Sep 2024 | 20:23
İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir
29 Sep 2024 | 19:56
İsrail Yəmənə yenidən zərbələr endirib
29 Sep 2024 | 19:53
Gəncə Dövlət Universitetində diplom almaq üçün tələbələrdən rüşvət tələb edilir? - İDDİA
29 Sep 2024 | 19:52
Cəbrayıl şəhərinə növbəti köç olacaq
29 Sep 2024 | 19:51
Kamran Əliyev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə böyük hörmətin təzahürüdür
29 Sep 2024 | 19:50
Ceyhun Bayramovun BMT-nin Baş katibi ilə görüşüb, postmünaqişə dövründə vəziyyət müzakirə olunub
29 Sep 2024 | 19:49
"Süni intellektin cinayətkarlıq məqsədilə istifadəsi prokurorluq orqanlarının qarşısında mürəkkəb çağırışlar qoyur"
29 Sep 2024 | 19:23
Vətən müharibəsi iştirakçısı olan artilleriya divizionunun komandiri vəfat etdi
29 Sep 2024 | 19:22
İlham Əliyev: "Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əlaqələrimizi yüksək qiymətləndiririk"
29 Sep 2024 | 18:50
Moskva ətrafında rusiyalı zabit qətlə yetirildi
29 Sep 2024 | 18:38
İran XİN İsraili təhdid etdi: "Qisas alınacaq"
29 Sep 2024 | 18:34
Morqda işləyən şəhid anası oğlunun ölümündən danışdı
29 Sep 2024 | 18:24
İsrail niyə 27 sentyabrda hücum etdi? – Ovannisyandan ilginc versiya
29 Sep 2024 | 18:05
Yeni qarğıdalının fayda və zərərləri nələrdir?
29 Sep 2024 | 18:05
Qızıl alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?
29 Sep 2024 | 18:00
Marketdə baş verən gülünc səhv olimpiya çempionunun karyerasını məhv etdi
29 Sep 2024 | 17:52
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - FOTO+ÖZƏL MÜSAHİBƏ
29 Sep 2024 | 17:51
Tərtər sakinləri erməni vandallığından danışdılar: "Səhər gəlib gördük ki, bütün qəbirlər dağılıb" (VİDEO)
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
29 Sep 2024 | 17:45
Sevgilisi ayrılmaq istədi, maşında qumbara partlatdı
29 Sep 2024 | 17:40
Məşhur aparıcının sümükləri əriyir
29 Sep 2024 | 17:35
"Tərəqqi" medalına layiq görülən təcrübəli dənizçi vəfat edib
29 Sep 2024 | 17:30
İsrailin İran ssenarisi: Bakı buna hazır olmalıdır!
29 Sep 2024 | 17:26
Nəsrullahı İran casusu satıb - ŞOK İDDİA
29 Sep 2024 | 17:23
"ABŞ Ukraynanın uğur qazanması üçün əlavə tədbirlər üzərində işləyir" - Entoni Blinken
29 Sep 2024 | 17:20
Lavrov birbaşa BMT tribunasından dünyanı nüvə silahı ilə təhdid edib
29 Sep 2024 | 17:00
Nəsrullahın meyiti dağıntılar altından çıxarıldı-YENİLƏNİB
29 Sep 2024 | 16:53
Siqaretdən daha təhlükəli 5 qida
29 Sep 2024 | 16:45
42 xarici ölkədə seçki məntəqəsi yaradılacaq - Gürcüstan MSK
29 Sep 2024 | 16:36
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda üç medal qazanıblar
29 Sep 2024 | 16:28
"Utanmaz, deyir ki, aparıcıların evi, maşını var"
29 Sep 2024 | 16:20
THY Brüsselə uçuşlarını təxirə salır
29 Sep 2024 | 16:13
Qulaqlarınızı bunlarla təmizləməyin
29 Sep 2024 | 16:05
Bu balqabaq çantası fantastik qiymətə satıldı – REKORD
29 Sep 2024 | 15:45
İsrail Hizbullahın Suriyadakı mövqelərini də vurdu
29 Sep 2024 | 15:36
Nəsrullahın ölümü bilirsinizmi nə deməkdir? - Hakan
29 Sep 2024 | 15:28
Qərb məcbur edir ki, nüvə doktrinasını tətbiq edək
29 Sep 2024 | 15:20
Goranboyda 28 yaşlı qadın bıçaqlandı
29 Sep 2024 | 15:08
Yaşlı insanların yuxu keyfiyyətini yaxşılaşdıran içki
29 Sep 2024 | 15:00
Ağ idman ayaqqabılarını necə təmizləmək olar? – Yeni görünəcəklər
29 Sep 2024 | 14:50
Pezeşkianın xəbərdarlığı: Yeni Azərbaycan dövləti qurulacaq
29 Sep 2024 | 14:43
Rusiya NATO zabitlərinin olduğu binanı vurdu: 15 ölü
29 Sep 2024 | 14:35
Rusiyanın hərbi aerodromuna hücum edildi - VİDEO
29 Sep 2024 | 14:34
Yarımçıq sülh başa çatmayan münaqişə deməkdir
29 Sep 2024 | 14:28
Hamilə qadınlar bu qidaları yesin
29 Sep 2024 | 14:20
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanıldı - FOTO
29 Sep 2024 | 14:16
İran Nəsrullaha görə BMT-yə çağırış etdi
29 Sep 2024 | 14:08
Bu aktyor Namiq Qaraçuxurlunun qardaşı imiş - VİDEO
29 Sep 2024 | 14:00
Pulunuzun oğurlanmasını istəmirsizsə, bunları etməyin!
29 Sep 2024 | 13:54
“Deyirdi ki, ana, təsəvvür etmirəm, nə vaxtsa sən olmayacaqsan, insanın ölümündən reklam qazanmazlar”- Rəhimin anası göz yaşı tökdü-ÖZƏL+MÜSAHİBƏ
29 Sep 2024 | 13:45
Renkanın tədbirdə paltarı yandı - FOTO
29 Sep 2024 | 13:37
Sürücülərə XƏBƏRDARLIQ
29 Sep 2024 | 13:29
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - İTTİHAM
29 Sep 2024 | 13:18
İsrail Livanda quru əməliyyatına hazırlaşır
29 Sep 2024 | 13:10
Hər il dünyada 20 milyondan çox insan bu xəstəlikdən ölür
29 Sep 2024 | 13:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
29 Sep 2024 | 12:56
Nikah pozulmadan belə aliment almaq olur - VİDEO
29 Sep 2024 | 12:48
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - SƏBƏBLƏR
29 Sep 2024 | 12:40
“İkinci Ay”ın Yerə yaxınlaşması ilə bağlı şayiələr təkzib edildi
29 Sep 2024 | 12:33
Cazibədar aktrisaya 25 milyonluq TƏKLİF
29 Sep 2024 | 12:25
Sabahın hava proqnozu açıqlandı
29 Sep 2024 | 12:18
İsrail ABŞ-a son anda məlumat verib, Ostin qəzəblənib
29 Sep 2024 | 12:10
“iPhone 16 Pro Max” betonun üzərinə düşərsə, nə baş verər? - VİDEO
29 Sep 2024 | 12:00
Bakıda avtomobilin bir neçə gün əvvəl vurduğu 3 yaşlı uşaq ÖLÜB
29 Sep 2024 | 11:46
Gözlərin altındakı torbaları aradan qaldırmağın təsirli yolları
29 Sep 2024 | 11:39
Ukrayna dronları Volqoqradda İran raketlərinin saxlanıla biləcəyi sursat anbarını da vurdu...
29 Sep 2024 | 11:39
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
29 Sep 2024 | 11:38
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
29 Sep 2024 | 11:35
Psixoloq valideyinlərə SƏSLƏNDİ: "Uşaqların təcavüzə, şiddətə məruz qalmasının əsas səbəbkarı qadınlardır"
29 Sep 2024 | 11:30
Mövqelərimiz yenidən atəşə tutuldu
29 Sep 2024 | 11:23
9 nəfəri daşqın apardı
29 Sep 2024 | 11:15
İsrailin növbəti planı məlum oldu
29 Sep 2024 | 11:08
Tualetdə meyit tapıldı, təyyarə təcili eniş etdi
29 Sep 2024 | 10:57
Ronaldo işçi axtarır, vakansiya elan etdi - Bu qədər məvacib verəcək
29 Sep 2024 | 10:50
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
29 Sep 2024 | 10:46
NATO-nun Rusiya ilə birbaşa müharibəyə başlayacağı TARİX BƏLLİ OLDU
29 Sep 2024 | 10:39
Mikayıl Cabbarov: Turizm ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verir
29 Sep 2024 | 10:35
Toyda əlil arabasındakı şəxs "şabaş" verdi: Məşhur meyxanaçının REAKSİYASI təsirləndirdi - VİDEO 
29 Sep 2024 | 10:25
İtlər hansı yuxuları görür? - Yatmış iti...
29 Sep 2024 | 10:16
Maşını özləri yuyanlara XƏBƏRDARLIQ
29 Sep 2024 | 10:09
Bu 7 vacib ixtiranı azərbaycanlılar edib - SİYAHI
29 Sep 2024 | 09:54
Temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir-HƏKİMDƏN XƏBƏRDARLIQ
29 Sep 2024 | 09:45
Premyer Liqa: "Qarabağ" "Sabah"la üz-üzə gələcək
GÜNLÜK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
29 Sep 2024 | 08:40
Dondurulmuş xəmir yeməkləri ZƏHƏRLİDİR - HƏKİMLƏR HƏYƏCAN TƏBİLİ ÇALDI 
29 Sep 2024 | 10:16
Maşını özləri yuyanlara XƏBƏRDARLIQ
29 Sep 2024 | 10:35
Toyda əlil arabasındakı şəxs "şabaş" verdi: Məşhur meyxanaçının REAKSİYASI təsirləndirdi - VİDEO 
29 Sep 2024 | 06:47
Kompüterdə işləyərkən gözləri belə qorumaq lazımdır
29 Sep 2024 | 10:50
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
29 Sep 2024 | 09:54
Temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir-HƏKİMDƏN XƏBƏRDARLIQ
29 Sep 2024 | 10:09
Bu 7 vacib ixtiranı azərbaycanlılar edib - SİYAHI
29 Sep 2024 | 08:51
Banklar bu dollarları qəbul etməkdən kütləvi şəkildə imtina edir - Nə baş verir?
29 Sep 2024 | 07:20
Azərbaycan və Belarus XİN başçıları ticarət üzrə əməkdaşlığın perspektivlərini müzakirə ediblər
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
AYLIQ
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
29 Sep 2024 | 08:40
Dondurulmuş xəmir yeməkləri ZƏHƏRLİDİR - HƏKİMLƏR HƏYƏCAN TƏBİLİ ÇALDI 
29 Sep 2024 | 10:16
Maşını özləri yuyanlara XƏBƏRDARLIQ
29 Sep 2024 | 10:35
Toyda əlil arabasındakı şəxs "şabaş" verdi: Məşhur meyxanaçının REAKSİYASI təsirləndirdi - VİDEO 
29 Sep 2024 | 06:47
Kompüterdə işləyərkən gözləri belə qorumaq lazımdır
29 Sep 2024 | 10:50
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
29 Sep 2024 | 09:54
Temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir-HƏKİMDƏN XƏBƏRDARLIQ
29 Sep 2024 | 10:09
Bu 7 vacib ixtiranı azərbaycanlılar edib - SİYAHI
29 Sep 2024 | 08:51
Banklar bu dollarları qəbul etməkdən kütləvi şəkildə imtina edir - Nə baş verir?
29 Sep 2024 | 07:20
Azərbaycan və Belarus XİN başçıları ticarət üzrə əməkdaşlığın perspektivlərini müzakirə ediblər