16:49
0°C
Bakı
Bu gün Natəvan Klubunda şair Kəmaləddin Qədimin yeni
kitabının təqdimat mərasimi keçirilib. Əsasən məhəbbət şeirlərinin yer aldığı “Allahı
sevsəydin” adlı bu kitabın işığına tanınmış qələm sahibləri toplanmışdı.
Toplantıda iştirak edən Balayar Sadıq, Araz Arabacı, Telli Pənahova, Xuraman
Nuri kimi bir çox tanınmış şairlər çıxış edərək Kəmaləddin Qədimin yaradıcılığı
haqqında fikir söylədilər. Görüşün sonunda çıxış edən şair bu əlamətdar günündə
onu yalnız buraxmayan bütün ədəbiyyatsevərlərə təşəkkürünü bildirdi və özünün bir
neçə şeirini səsləndirdi.