Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayır. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...
Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. Xatırladaq ki, cəbhədəki son gərginlikdən dolayı təqdimatı bir neçə gün ertələməli olduq. Bundan sonra davamlı olaraq kitabın bölmələrini təqdim edəcəyik...
...Dərslər üç istiqamətdə idi. İctimai biliklər (yəni elmi kommunizm), hüquq və əsasən əks-kəşfiyyat, əməliyyat dərsləri. 17 ”Xüsusi İntizam”dərslərimiz vardı. Əsaslarına, xüsusilə agentura işinə daha çox saat ayrılırdı. Ətrafda baş verən hadisələrin görünməyən tərəfləri olduğunu və bu görünməyən tərəf barədə informasiyanı necə əldə etməyin sirlərini öyrəndikcə özünün də ətrafa münasibətin, baxışların dəyişir və bu dəyişiklik ömrünün sonunadək xarakterinə çevrilir. Təsadüfən deyilmir ki, keçmiş xüsusi xidmət orqanı işçisi olmur. Adətən bu ifadə belə deyilir ”бывших чекиÑтов не бывает”. Bu təkcə çekistlərə deyil, dünyanın bütün xüsusi xidmət orqanlarının kadr əməkdaşlarına aiddi. Dünya xüsusi xidmət orqanları, onların strukturları haqqında mühazirələr oxunur və o təlqin olunurdu ki,”bir nömrəli rəqib”Amerika Birləşmiş Ştatlarıdı. Soyuq müharibənin kəskin vaxtlarıydı və casusluq, qarşı tərəf barədə informasiya əldə etmək məsələləri öyrəndiklərimiz içərisində qırmızı xətlə keçirdi. Bu barədə ətraflı danışmağa zərurət görmürəm. SSRİ dağılandan sonra KQB haqqında, ümumiyyətlə dünya xüsusi xidmət orqanları barədə o qədər yazılıb, kitablar çap olunub ki, oxucunu nə iləsə təəccübləndirmək mümkün deyil. O zaman tutaq ki, öyrəndiyimiz “Penkovskinin işi” (ABŞ-ın xeyrinə casusluq etmiş QRU zabiti), ”Rəcəbovun işi” Kursda tədris olunurdu. İndi həmin “işlər” barədə o qədər yazılar internetdə var ki...
Düzdü, Penkovskidən fərqli olaraq Rəcəbov haqqında material yoxdu. Rəcəbov Bakı biskvit fabrikinin direktoru olub. Yuqoslaviyaya səfər zamanı ABŞ səfirliyinə müraciət edib sığınacaq istəyir. Amerikanlar da onu inandırırlar ki, əvvəl Amerikaya xidmət edib pul qazanmalısan ki, ABŞ-a gələndə yaşaya biləsən. Verbovka edirlər, Bakıya qayıdandan sonra əlaqə üçün şıfrə göndərirlər. Şifrəni evdə vanna otağında açıb oxuyanda DTK işçiləri elə vanna otağında həbs etmişdilər. Bu əməliyyat işləri dərs vəsaitləri kimi tədris olunurdu. Dediyim kimi indi keçmişdən elə bir sirr qalmayıb ki, oxucunu təəccübləndirəsən. Məqsədim keçdiyim yolun vətənimin tarixiylə, vaxtilə yaşadığım SSRİ adlı ölkənin tarixiylə bağlı olan hissələrini müəyyən həyat detallarıyla göstərməkdi.
Fiziki hazırlığımıza xüsusi diqqət verilirdi. Turnikdə 10 dəfə çəkilə bilməyən şəhərə buraxılmırdı. Əlbəyaxa döyüş dərsləri, gündəlik səhər idmanı, 6 km məsafəyə hərbi ”“ səhra paltarında, agır çəkmələrlə meşədə qaçmaq, qışda xizəklə hərəkət etmək və s. Hərbçi, təbii ki, yaxşı atıcı da olmalıdı. Tapançadan, snayper tüfəngindən, qumbaraatandan, avtomatdan atəş açmaq mütəmadi dərslər idi. İlk atıcılıq dərsində müəllim Makarov tapançasını əlinə alıb dedi: ”Biz sizə adam öldürməyi öyrədəcəyik!. Qəddarcasınadı, eləmi, amma faktdı. Biz idman yarışlarına hazırlaşmırıq.”Qeyd edim ki, sonda necə atıcı olmağına qiymət verilir və zaçot atış keçirilirdi. 3 atış edirdik. Atdığım güllələrin üçü də 9-luğa dəydi. Müəllim yaxınlaşıb soruşdu: ”niyə heç 10 ”“ luq vura bilmədin?” Tez də əlavə etdi: ”narahat olma, bu o deməkdi ki, sənin yaxşı tuşqulluğun(kучноÑÑ‚ÑŒ) var. Bir on, bir doqquz bir səkkiz vurmaqdan, üç 9-luğu vurmaq daha yaxşıdı”. Xizək dərsini meşədə keçirdik. Birinci dəfə xizək geyinirdim. Elə ilk təkanı vuranda arxası üstdə yıxıldım. Durub çox çətinliklə bir neçə metr hərəkət etdim. Müəllim mənə yaxınlaşıb haralı olduğumu soruşdu və biləndən sonra dedi ki, xizəyi çıxar, sən vətənində xizəklə düşmən qovmayacaqsan. İndi ayağını sındırarsan bütün zəhmətin hədər gedər. Bu həyatımda ilk və son xizək sürməyim oldu.
Minskdə Ali Kursun şefliyində olan müəssisələr vardı. Hərdən bizi kolxoza qarağat yığımına, xəstəxana tikintisinə köməyə aparırdılar. Bir peşə məktəbi də şefliyimizdə idi. Bir dəfə mənə tapşırdılar ki, SSRİ-nin 60 illiyi yubileyi ərəfəsi olduğundan ”Azərbaycan SSR haqqında” mövzusunda peşə məktəbi şagirdləri qarşısında çıxış etməliyəm. Özümlə “Azərbaycan“ şəkilli albomunu götürüb 10 nəfər zabit ”“ kursantla görüşə getdik. Standart bir çıxış hazırlamışdım. Neft, pambıq, Bakı, musiqimiz, ədəbiyyatımız, təbiətimiz barədə Sovet ruhunda bir çıxış etdim, başqa cür də ola bilməzdi. Bakıda adət etdiyimiz peşə məktəblərindəki kontingentdən fərqli olaraq burda peşə məktəbi şagirdlərinin əksəriyyəti yeniyetmə qızlar idi. Hərbi formada olan gənc zabitlərə maraqla baxıb, bir-birlərinə nəsə pıçıldayırdılar. Həm qızların baxışları, həm də çıxışın həyəcanı sonda məni çaşdırdı. Respublika haqqında son sözlərimi deyib, qonaqpərvər bir xalq olduğumuzu və hamını ölkəmizə dəvət etdiyimi dedim. Rus dilində “вÑех приглашаю к нам в реÑпублику” demək əvəzinə” вÑех приглашаю ко мне” dedim və səhvimi düzəldənə qədər qızlar xeyli güldülər və biri də «обьÑзательно к Вам приедем ” dedi. Qız zarafatından qalmayıb: “еÑли вы приглашете вÑех, то наверное у Ð²Ð°Ñ Ð±Ð¾Ð»ÑŒÑˆÐ¾Ð¹ дом?” Mən: ”нет, у Ð¼ÐµÐ½Ñ Ð±Ð¾Ð»ÑŒÑˆÐ°Ñ Ð´ÑƒÑˆÐ°” deyəndə xeyli alqışladılar.
Bir dəfə də xəstəxana tikintisinə kömək etməyə getmişdik. Qrupumuzdakı Andro Londaridze ikinci mərtəbədən aşağı yumşaq torpağın üstünə kimin tullana biləcəyini soruşdu və heç kəsdən səs çıxmadığını görüb özü ikinci mərtəbəyə qalxdı və tullandı. Sonra yenə müraciət etdi, kim tullana bilər, bu dəfə özümə sığışdırmayıb - mən, dedim, başqa heç kim dillənmədi. Andro mənimlə birlikdə qalxdı və tullandıq. Hündür yerdən tullanmağın həyəcanı bir tərəfə xəsarət almağın qorxusu olsa da atlandım. Uşaqlardan biri bu anın fotosunu çəkmişdi. Yeni il divar qəzetini buraxanda həmin şəkli qəzetdə verdik və belə bir başlıq qoyduq: ”Səmada Qafqaz rəqsi”. Andro adrenalin efekti verən hərəkətləri sevirdi. Bir dəfə də bazar günü Minsk parklarının birində attraksion “qorka” olan yerdə Andro dirəndi ki, gəl “qorka”da bir dəfə fırlanaq, etiraz etdim. Bu vaxt iki gənc qız yanımızdan keçəndə: ”боитеÑÑŒ ?» deyib faktiki bizə sataşdılar. Bu sözdən sonra ”namusa boğulub” razılıq verdim. Andro tez qızlara dedi ki, biz minirik, amma bir şərtlə, sizinlə birlikdə. Qızların bu işdə yaxşı praktikası varmış. Nə isə, “qorka” dayananda ürəyimdə Andronu da, məni qınağa dolduran qızları da söyürdüm...
Qrupumuz tam mənasında internasional bir qrup idi. Rus, belarus, qazax, türkmən, tuvin, erməni, gürcü, tatar və iki azərbaycanlı - mən və Sevlan Qasımov. Azərbaycandan gedən Musa Məmmədov, Əliguşad Mirzəyev, Pərviz Musayev, Aleksandr Şahnazarov başqa qruplarda idilər. Şahnazarovdan xoşumuz gəlmirdi, daha doğrusu onun bizdən xoşu gəlmədiyini bildiyimizdən münasibətlərimiz rəsmi idi. Çox vaxt bir yerdə olur, ad günlərimizi bir yerdə qeyd edir, evdən gələn sovqatlarımızı bölüşür, bazar günləri şəhərə bir yerdə çıxardıq. Sonralar Musa Məmmədov Səbayel rayonunun rəisi oldu, Əliguşad Mirzəyev kadrlar şöbəsində çalışdı, Pərviz Musayev Göyçay rayonunun rəisi vəzifəsində işlədi, indi isə Miqrasiya Xidmətinin rəis müavinidi, general rütbəsindədi. Şahnazarov Gəncədə mənimlə bərabər 5 il işlədi, Qarabağda hadisələr başlayanda Azərbaycandan köçdü. Ən faciəli tale dostum Sevlan Qasımova nəsib oldu. Minskdən sonra Sevlan 3 il Tallində işlədi, sonra Bakıya gəldi, bir müddət nazirlikdə işləyəndən sonra Qazaxa rəis təyin edildi və Qazaxda yeməkxanada polis rəisi və başqa şəxslərlə şam edəndə kabinetə girib onları güllələdilər. Sevlan həlak oldu. Deyilənlərə görə güllə atanlar Sevlanı deyil, polis rəisini öldürmək istəyiblər, amma polis rəisi sağ qalmışdı. O vaxtlar - 1996-cı ildə bu hadisə mətbuatda uzun müddət müzakirə edildi...
Ardı var...