Saday Şəkərlinin ingilis dilində kitabı çap olundu - FOTO
Ədəbiyyat
1653
28 Jul 2026 | 16:40

Saday Şəkərlinin ingilis dilində kitabı çap olundu - FOTO

Tanınmıs şair Saday Şəkərlinin xaricdə dördüncü kitabı çap olunub.

Moderator.az Mecra.az-a istinadən xəbər verir ki, “Ümiddən uzun” adlı kitab haqda müəllif özü məlumat verib:

“Bu ay nəşr olunan dödüncü kitabımdır, ingiliscə, 180 səhifədir. Tərcüməçi Vika Krutu (Almaniya, Köln), redaktoru görkəmlı tədqiqatçı alim Tariyel Azerturk (ABŞ, Sietl), tərtibatçı İrina Savitskaya (Ukrayna).
Bu kitabların ərsəyə gəlməsinə 3 il vaxt sərf etmişəm, hələ bir neçə dildə də hazırdır, sadəcə bəzi dillərdə redaktor tapmaq çətinliyim olduğundan nəşriyyatlara göndərə bilmirəm.
Bu kitabın adını “ÜMİDDƏN UZUN YAŞAMAQ” qoymuşdum, nəşriyyat YAŞAMAQ sözünü ixtisar elədi.
Hər nəsə, fikir verməyin, adi bir hadisə kimi qəbul edin!”.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər