Ukrayna Ali Radası səsvermə zamanı Çeçenistan İçkeriya Respublikasının (ÇİR) suverenliyini tanıyıb. Qərar parlamentarilərin səs çoxluğu əsasında qəbul edilib.
Bizim.Media xəbər verir ki, qəbul edilmiş qətnamədə “çeçen xalqına qarşı soyqırım” pislənib və ÇİR-in müstəqilliyi tanınıb.
Radanın deputatları respublikanı “Rusiyanın müvəqqəti işğal olunmuş ərazisi” adlandırıb.
Ukrayna parlamentariləri Rusiyanı “BMT Nizamnaməsinə zidd olaraq silahlı təcavüzdə” ittiham ediblər.
Qərar layihəsini deputatlar, o cümlədən spiker Ruslan Stefançuk təqdim edib. Bəyanat BMT-yə, Aİ parlamentinə və Avropa Şurasına göndəriləcək.
Bizim.Media