02:19
10°C
Bakı
“Bu gün Suriyada hərbi əməliyyatlar aparan və oradakı mövqelərini möhkəmləndirməyə çalışan Rusiya ordan çıxmalı olacaq”.
Bunu Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədrinin sözlərinə görə, Rusiya digər ölkələrdə yaşadığı uğursuzluğu Suriyada da yaşayacaq:
“Tarixə nəzər salsanız görərsiniz ki, Rusiyanın müdaxilə edib sonradan itki verərək geri çəildiyi xeyli dövlətlər var ki, bura Koreya, Vyetnam, Əfqanıstan və s. daxildir. Rusiya hara giribsə gec-tez oradan uduzaraq, bpöyük itkilər verəərk çıxmalı olub. Suriyada da Rusiyanı məhz bu aqibət gözləyir. Rusiya bütün ciddi-cəhdlərinə baxmayaraq, Suriyadan da itkilər verərək çıxmaq məcburiyyəti qarşısında qalacaq”.
Seymur Əliyev