Üç avropa ölkəsi Rusiya və Belarus sərhədində hərbi təlimlər keçirəcək
1377
13 Jun 2026 | 20:20

Üç avropa ölkəsi Rusiya və Belarus sərhədində hərbi təlimlər keçirəcək

Litva, Polşa və Fransa silahlı qüvvələrinin iştirakı ilə Rusiya və Belarus sərhədində hərbi təlimlər keçiriləcək.

Moderator.az xəbər verir ki, təlimlər 16-26 iyun tarixlərində Polşanın Suvalki dəhlizi bölgəsində "Cəsur Qaban 2026" adı altında baş tutacaq.

Litva ordusunun məlumatına görə, təlimlərə hazırlıq məqsədilə hərbi texnikanın daşınmasına iyunun 13-də başlanılacaq.

Təlimlərin məqsədi müttəfiqlərin birgə əməliyyatları və NATO-nun şərq cinahında müdafiə tapşırıqlarını gücləndirməkdir.

Suvalki dəhlizi Polşa-Litva sərhədinin strateji əhəmiyyətli bir hissəsidir. O, Rusiyanın Kalininqrad vilayəti ilə Belarus arasında yerləşir və regionun əsas təhlükəsizlik sahələrindən biri hesab olunur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər