21 nəfərin öldüyü hotelin sahibi həbs olundu
1363
04 Jun 2026 | 16:50

21 nəfərin öldüyü hotelin sahibi həbs olundu

Hindistan paytaxtı Nyu-Delhidə 21 nəfərin ölümü ilə nəticələnən yanğının baş verdiyi hotelin sahibi həbs edilib.

Moderator.az xəbər verir ki, bu barədə PTI agentliyi yerli polisə istinadən məlumat yayıb.

Bildirilib ki, hotelin sahibi dindirmə zamanı rəhbəri olduğu kompleksin idarəçiliyini menecerə həvalə etdiyini və bütün müvafiq lisenziyaların onun adına rəsmiləşdirildiyini söyləyib. Hüquq-mühafizə orqanları sözügedən şəxsi də axtarışa verib.

Tutulan şəxs bildirib ki, binanı 2022-ci ildə alıb və sonradan onu pansionat-hotel kimi istifadə etməyə başlayıb.

Müstəntiqlər həmçinin hotelin lisenziya tələblərini pozaraq fəaliyyət göstərib-göstərmədiyini araşdırır.

İlkin məlumatlara görə, müəssisənin yalnız altı otaq üçün icazəsi olub. Lakin burada təxminən 25 otağın qonaqların istifadəsinə verildiyi ehtimal edilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər