“Suriya Rusiya üçün ikinci Əfqanıstana çevrilə bilər”x9d
Dünya
7170
05 Oct 2015 | 13:12

“Suriya Rusiya üçün ikinci Əfqanıstana çevrilə bilər”x9d

“Suriya Rusiya üçün ikinci Əfqanıstana çevrilə bilər”x9d.

Bunu Moderator.az-a açıqlamasında politoloq Hikmət Hacızadə bildirib. Politoloqun sözlərinə görə, Rusiya Suriyada hərbi əməliyyatları genişləndirəcəyi təqdirdə, belə bir aqibətlə üz-üzə qala bilər:

“Rusiya bu gün Suriyadakı əməliyyatlarda qırıcılardan istifadə edir və aviazərbələr endirir. Ordakı məhdud sayda rus əsgərləri də Suriyadakı rus bazalarının qorunmasına cəlb edilib. Lakin əgər Rusiya Suriyaya quru qoşunları yeritsə və əməliyyatlara quru qoşunlarını cəlb etsə, o zaman Əfqanıstandakı kimi böyük bir uğursuzluğa, ciddi itkilərə məruz qala bilər. Bu, kifayət qədər ciddi əsaslara malik bir ehtimaldır və Kreml bu ehtimalın ciddiyyətini lazımınca qiymətləndirməyi bacarmalıdır”x9d.

 

Seymur Əliyev

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər