01:43
19°C
Bakı
Fransada Parisdə yerləşən mühafizə olunan dayanacaqdan onlarla bahalı avtomobil oğurlayan dəstənin üzvləri saxlanılıb.
Bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Paris prokurorluğundakı mənbənin sözlərinə görə, oğurlanan 27 avtomobildən 21-i tapılıb. Onların arasında "Porsche", "Ferrari" və "Maserati" markalı avtomobillər də var.
Aşkarlanan avtomobillərin ümumi dəyərinin təxminən 2 milyon avro olduğu bildirilir. Bəzi maşınların zədələndiyi və ya qismən yandırıldığı qeyd olunub.
İstintaqın məlumatına görə, mayın 16-dan 17-nə keçən gecə baş verən oğurluqda təxminən 50 nəfər iştirak edib.
Şübhəlilər dayanacağın giriş qapısını sındıraraq içəri daxil olub, daha sonra avtomobillərin açarlarını və sənədlərini ələ keçiriblər.