Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünya
161
20:16, Bu gün

Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi

ABŞ Prezidenti Donald Tramp İranın gələcəkdə İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “Avraam sazişləri”nə qoşulmaq istəyə biləcəyini bildirib.

Moderator.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Amerika lideri qeyd edib ki, ABŞ-nin İranla münasibətləri getdikcə daha peşəkar və məhsuldar xarakter alır.

Bununla yanaşı, Tramp vurğulayıb ki, Tehran nüvə silahı hazırlaya və ya əldə edə bilməyəcəyini anlamalıdır.

ABŞ Prezidenti həmçinin Yaxın Şərq ölkələrinə göstərdikləri dəstək və əməkdaşlığa görə təşəkkür edib. Onun sözlərinə görə, bu əməkdaşlıq tarixi əhəmiyyət daşıyan “Avraam sazişləri”nə yeni qoşulmalar hesabına daha da güclənə bilər.

“Kim bilir, bəlkə də İran İslam Respublikası da qoşulmaq istəyəcək”, - deyə Tramp bildirib.

Qeyd edək ki, “Avraam sazişləri” 2020-2021-ci illərdə ABŞ vasitəçiliyi ilə İsrail və bir sıra ərəb ölkələri arasında əldə olunmuş münasibətlərin normallaşdırılması razılaşmalarıdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər