Rusiya Kiyev vilayətini
Dünya
157
13:24, Bu gün

Rusiya Kiyev vilayətini "Oreşnik"lərlə vurub

Rusiya ordusu mayın 24-nə keçən gecə Ukraynanın Kiyev vilayətinə orta mənzilli ballistik raketlə hücum edib.
 
Moderator.az xəbər verir ki, istifadə olunan raketin RS-26 "Rubej" ("Oreşnik") olduğu qeyd edilir.
 
Ukrayna tərəfi raketin Rusiyanın Kapustin Yar poliqonundan buraxıldığını açıqlayıb. Zərbənin Kiyev vilayətinin Bila Tserkva rayonu istiqamətinə endirildiyi bildirilir.
 
Həmin gecə Rusiya qüvvələrinin Kiyev və ətraf ərazilərə pilotsuz uçuş aparatları və ballistik raketlərlə də hücum etdiyi vurğulanır.
 
Hücum nəticəsində paytaxtın müxtəlif rayonlarına raket qalıqlarının düşdüyü, dağıntılar və insan tələfatının olduğu qeyd edilir. Kiyev vilayətində də yaralananların və dağılan obyektlərin olduğu bildirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər