Tramp Ağ Ev yaxınlığındakı atışmanı şərh etdi
Dünya
141
12:09, Bu gün

Tramp Ağ Ev yaxınlığındakı atışmanı şərh etdi

ABŞ Prezidenti Donald Tramp Ağ Ev yaxınlığında atışma ilə müşayiət olunan insident zamanı göstərdiklərı peşəkar fəaliyyətə görə Məxfi Xidmətə və hüquq-mühafizə orqanlarına təşəkkür edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" platformasında yazıb.
 
*Ağ Ev yaxınlığında atəş açan şəxs zərərsizləşdirilib - TƏFƏRRÜAT
 
"Atəş açan şəxs Ağ Evin yaxınlığında Məxfi Xidmət agentləri ilə atışmada zərərsizləşdirilib", - deyə amerikalı lider bildirib.
 
Trampın sözlərinə görə, bu hadisə Ağ Evdəki şam yeməyi zamanı baş verən atışmadan bir ay sonra qeydə alınıb və gələcək prezidentlər üçün Vaşinqtonda təhlükəsiz məkanın yaradılmasının vacibliyini növbəti dəfə göstərib.
 
Xatırladaq ki, atışma hadisəsi mayın 23-ü axşam saatlarında Vaşinqtonun şimal-qərbində, 17-ci küçə ilə Pensilvaniya prospektinin kəsişməsində, Ağ Evin nəzarət-buraxılış məntəqələrindən birinin yaxınlığında baş verib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər