Filippində çoxmərtəbəli bina uçub: Onlarla insan dağıntılar altında qalıb - VİDEO
Dünya
130
11:33, Bu gün

Filippində çoxmərtəbəli bina uçub: Onlarla insan dağıntılar altında qalıb - VİDEO

Filippinin Anheles şəhərində tikilməkdə olan onmərtəbəli binan uçub, nəticədə onlarla insan dağıntılar altında qalıb.
 
Oxu.Az "GMA News" telekanalına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, söhbət hadisə anında obyektdə olan tikinti işçilərindən gedir.

 

Hadisə yerində axtarış-xilasetmə əməliyyatına başlanılıb. İnsanların bir hissəsi dağıntılar altından öz qüvvəsi ilə çıxa bilib, onların sayı təxminən on nəfər olaraq qiymətləndirilir. Xilasedicilər mümkün zərərçəkənləri tapmaq üçün konstruksiyaları sökməyə davam edirlər.
 
Həmçinin bildirilir ki, dağıntılar qonşu binaya da ziyan vurub və orada əcnəbi bir turist köməksiz vəziyyətdə qalıb. Sonradan onu xilas etmək mümkün olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər