Kiyevə raket hücumu: Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəydi - FOTO
Dünya
230
10:40, Bu gün

Kiyevə raket hücumu: Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəydi - FOTO

Rusiya ordusunun Ukraynaya həyata keçirdiyi raket və dron hücumu nəticəsində Azərbaycanın Kiyevdəki səfirlyinin binasına zərər dəyib.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi Şevçenko rayonu ərazisinə atılan raketlərdən bəziləri diplomatik nümayəndəlik binasının yaxınlığına düşüb.
 
Zərbə nəticəsində səfirlik binasının pəncərələri sınıb.
 
Qeyd edək ki, bu hal birinci dəfə deyil ki, yaşanır. Paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binası bir neçə dəfə ziyan görüb. 14 noyabr 2025-ci ildə həyata keçirilən hücumlarda səfirliyə dəymiş ziyan miqyasına görə daha böyük və ciddi olub. Hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyaya nota verib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər