Rusiya Kiyevə güclü raket və PUA zərbələri endirib: Ölənlər və yaralananlar var
Dünya
244
09:55, Bu gün

Rusiya Kiyevə güclü raket və PUA zərbələri endirib: Ölənlər və yaralananlar var

Rusiyanın Ukrayna paytaxtı Kiyev şəhərinə endirdiyi kütləvi raket və pilotsuz uçuş aparatları (PUA) zərbələri nəticəsində ciddi dağıntılar qeydə alınıb.

Moderator.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko və paytaxt meri Vitali Kliçko məlumat yayıb.

Rəsmi qurumların məlumatına görə, Kiyevin bütün rayonları daxil olmaqla ümumilikdə 40-dan çox məkanda raket parçalarının düşməsi, dağıntılar və yanğınlar qeydə alınıb. Ardıcıl hücumlar nəticəsində çoxmərtəbəli yaşayış binaları, yataqxana, biznes mərkəzi, məktəblər və infrastruktur obyektləri ciddi zərər görüb.

Son rəsmi məlumatlara əsasən, hücum nəticəsində 1 nəfər həlak olub, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 13-ü xəstəxanalara yerləşdirilib, onlardan 3-nün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin yaydığı məlumata görə, müxtəlif rayonlarda fəsadların aradan qaldırılması üçün xilasetmə və yanğınsöndürmə əməliyyatları davam etdirilir. Holosiyevski rayonundakı yanğın sahəsində partlamamış döyüş başlığı aşkar edildiyindən əraziyə pirotexnik mütəxəssislər cəlb olunub. Zərbələr səbəbindən "Lukyanovskaya" metro stansiyası sərnişinlərin girişi üçün müvəqqəti bağlanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər