Paşinyanın keçdiyi yollara belə cadu etdilər - VİDEO
Dünya
169
09:37, Bu gün

Paşinyanın keçdiyi yollara belə cadu etdilər - VİDEO

Ermənistanda seçki günü yaxınlaşdıqca ölkənin siyasi gündəmində qalmaqallı və gülməli hadisələrin də sayı artır.

Moderator.az xəbər verir ki, yerli mediada gündəm olan belə hadisələrdən biri Avanda baş verib. "Mamul" nəşrinin yaydığı məlumata görə, baş nazir Nikol Paşinyan seçki kampaniyası zamanı Avana baş çəkdikdən sonra müxalifət tərəfdarı olan yerli fəallardan biri gülməli addım atıb.

Jurnalist Suzi Badoyan yazır ki, insanlar küçə və yollara düşərək Paşinyanın keçdiyi yerləri "təmizləməyə" başlayıblar. Söhbət dini mərasim və ya rituallarda istifadə olunan xüsusi qabdan və ondan çıxan tüstü ilə məkanın şər qüvvələrdən təmizlənməsindən gedir.

Video sosial şəbəkələrin erməni seqmentində geniş müzakirələrə səbəb olub. Bəzi fəallar yazırlar ki, bu, dini "təmizləmədən" çox Nikola cadu edilməsinə oxşayır.

(publika)

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər