ABŞ İran limanlarına tətbiq edilən blokadanı ləğv edə bilər
Dünya
219
08:15, Bu gün

ABŞ İran limanlarına tətbiq edilən blokadanı ləğv edə bilər

ABŞ və İran arasında hazırlanması planlaşdırılan memorandum çərçivəsində Vaşinqton İran limanlarına tətbiq edilən blokadanı aradan qaldıra və bəzi sanksiyaları yumşalda bilər.

Moderator.az xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, memorandum Hörmüz boğazının gəmilər üçün ödənişsiz şəkildə açılmasını nəzərdə tutur.

Bildirilir ki, bunun müqabilində ABŞ İran limanlarına tətbiq edilən blokadanı ləğv edəcək və Tehranın nefti sərbəst satmasına imkan yaratmaq üçün müəyyən sanksiya istisnaları tətbiq edəcək.

Amerikalı rəsmi qeyd edib ki, blokadanın aradan qaldırılması Tehranın Hörmüz boğazındakı minaları nə qədər tez təmizləyəcəyindən və gəmiçiliyi bərpa edəcəyindən asılı olacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər