Türkiyədə güclü zəlzələ oldu
Dünya
146
08:04, Bu gün

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Adana şəhərinin Saimbəyli rayonunda gecə saat 04:26-da 4,9 bal gücündə zəlzələ baş verib.

Moderator.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarəedilməsi İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanların episentri Saimbəyli rayonunda qeydə alınıb. Zəlzələnin 8,6 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

"Kahramanmaraş, Osmaniye, Kayseri və Niğde əyalətlərində də hiss olunan 4,9 bal gücündə zəlzələdən sonra hazırda heç bir mənfi təsir müşahidə olunmayıb. Sahə qiymətləndirmə işləri davam edir. Təsirə məruz qalan vətəndaşlara ən xoş arzularımızı çatdırırıq", - deyə məlumatda qeyd olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər