“Rusiya Suriyadakı əməliyyatlarla sadəcə maraqlarını qorumur...”
Dünya
5167
01 Oct 2015 | 13:41

“Rusiya Suriyadakı əməliyyatlarla sadəcə maraqlarını qorumur...”

Rusiyanın Suriya müxalifəti və İŞİD mövqelərinə qarşı həyata keçirdiyi hava hücumları ilə bağlı informasiyalar bütün dünyada böyük diqqətlə izlənməkdədir.

Maraqlıdır, Rusiyanın həyata keçirdiyi hava həmlələri nəyə xidmət edir? Bu, Rusiyanın Suriya və sözügedən regiondakı maraqlarının müdafiəsinə hesablanıb, yoxsa bu, həm də Kremlin bütün dünyaya əzələ nümayişidir?

Moderator.az-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bu məsələdə hər iki amilin mühüm rol oynadığını vurğuladı:

“Şübhəsiz ki, bu məsələdə hər iki amilin rolu var. Lakin Rusiyanın İŞİD mövqelərinə zərbə vurması ilə bağlı deyilənlər Qərb mənbələri tərəfindən təsdiq edilmir. Onlar Rusiyanın Azad Suriya Ordusunun mövqelərinə zərbə endirdiyini iddia edir. Hansı ki, Azad Suriya Ordusu Əsəd hakimiyyətinə qarşı mübarizə aparır və ona ABŞ tərəfindən yardım göstərilir. Bir sözlə, Rusiyanın hava həmlələri Kremlin maraqlarının müdafiəsinə hesablanmaqla yanaşı, həm də dünya güclərinə xəbərdarlıq mahiyyəti daşıyır”.

 

Seymur Əliyev

 

 

Link kopyalandı!
Son xəbərlər