Cənubi Koreya Prezidenti İsrailin hərəkətlərini Holokostla müqayisə etdi
Dünya
271
19:55, Bu gün

Cənubi Koreya Prezidenti İsrailin hərəkətlərini Holokostla müqayisə etdi

Cənubi Koreya Prezidenti Li Çje Myonq İsrail əsgərlərinin fələstinli yeniyetmənin işgəncələrdən sonra damdan atılmasını əks etdirən görüntülərə münasibət bildirib.

Moderator.az xəbər verir ki, Li Çje Myonq bildirib: "Görüntülərin doğru olub-olmadığını və əgər doğrudursa, hansı tədbirlərin görüldüyünü öyrənmək lazımdır. Bu, yəhudi qırğınlarından (Holokost - red.) və ya hərbi qətllərdən heç nə ilə fərqlənmir".

İsrail Xarici İşlər Nazirliyi bu açıqlamaları qəbuledilməz adlandırıb: "Nədənsə, o, 2024-cü ildən bir xəbəri araşdırıb saxta hesaba istinad etmək qərarına gəlib və onu saxtalaşdırıb yeni bir hadisə kimi təqdim edib. Bu hadisə terrorçulara qarşı əməliyyat zamanı, İsrail əsgərlərinin həyatı birbaşa və dərhal təhlükə altında olduğu zaman baş verib. Hər hansı bir məlumatı dərc etməzdən əvvəl yoxlamaq həmişə daha yaxşıdır", - deyə İsrail Xarici İşlər Nazirliyi qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər