22:18
9°C
Bakı
"İran həm müdafiə, həm də hücum fəaliyyətlərini davam etdirmək üçün raketlər, pilotsuz uçuş aparatları və digər silah növləri ilə təmin olunub".
Moderator.az xəbər verir ki, bu barədə İslam Respublikasının Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general Rza Talayinik SNN telekanalına bildirib.
"Silahlı qüvvələrin raketlər, pilotsuz uçuş aparatları və digər silah növləri, texnika və sursat sahəsindəki strateji ehtiyatları düşmənlərin gələcək məğlubiyyəti üçün effektiv hücum və müdafiə fəaliyyətlərini davam etdirməyə imkan verəcək dərəcədə təmin edilib", - deyə o qeyd edib.