Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor Donetsk" klubunun Ukrayna Premyer Liqasının 23-cü turu çərçivəsində "LNZ Çerkası" komandasına qarşı oyununun ikinci hissəsi hava həyəcanı siqnalı səbəbindən 45 dəqiqəlik gecikmə ilə start götürüb.
Moderator.az xəbər verir ki, Ukraynanın Çerkası şəhərində yerləşən "Sentralnı" stadionunda baş tutan mübarizənin ilk hissəsi 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Oyunun ikinci hissəsinin startı isə Ukrayna miqyasında ehtimal olunan hava hücumu təhlükəsi ilə əlaqədar verilən həyəcan siqnalına görə təxirə salınmaq məcburiyyətində qalıb.
Təxminən 45 dəqiqə davam edən məcburi gecikmənin ardınca, matç saat 14:40-dan etibarən qaldığı yerdən yenidən başlayıb.
Qeyd edək ki, ikinci hissədə qapılara qol vurulmayıb və qarşılaşma 2:2 hesabı ilə başa çatıb.