İrandan ABŞ ilə danışıqların ikinci raundunun şərtlərini açıqladı
Dünya
218
17:38, Bu gün

İrandan ABŞ ilə danışıqların ikinci raundunun şərtlərini açıqladı

İranın Hindistandakı səfiri Məhəmməd Fəthəli rəsmi Tehranın şərtləri qəbul ediləcəyi təqdirdə Birləşmiş Ştatlarla danışıqların ikinci raundunun keçirilməsi ehtimalını istisna etmədiyini bildirib.

Moderator.az xəbər verir ki, PTI agentliyi məlumat yayıb.

"Əgər onlar (ABŞ) bizim şərtlərimizlə razılaşsalar, bu mümkündür", - deyə PTI agentliyi İran-ABŞ danışıqlarının növbəti mərhələsinin perspektivləri barədə diplomatın sözlərindən sitat gətirib. Diplomatın sözlərinə görə İslamabadda baş tutan müzakirələr zamanı İran tərəfindən irəli sürülən əsas məsələlər sırasında nüvə problemi, hərbi təzminatlar, sanksiyaların ləğv edilməsi və bir sıra digər tələblər yer alıb.

"Lakin hesab edirəm ki, qarşı tərəfdən heç bir hüquqi əsası olmayan tələblər irəli sürülür. Bizim yüksəkvəzifəli rəsmilərimiz və nümayəndə heyətlərimiz dəfələrlə bəyan ediblər: biz sülhə və danışıqlara hazırıq, ancaq siz bilməli və tam dərk etməlisiniz ki, İran müharibəyə də hazırdır", - deyə o vurğulayıb.

Xatırladaq ki, aprelin 11-də İslamabadda İran və ABŞ arasında bir neçə mərhələdən ibarət danışıqlar baş tutub. İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Baqir Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqton tərəfindən verilən açıqlamalarda bildirilib ki, mövcud ziddiyyətlər səbəbindən tərəflər münaqişənin uzunmüddətli həlli istiqamətində razılığa gələ bilməyiblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər