Polşa qeyri-qanuni miqrantlara qarşı yeni sədd qurur
Dünya
252
17:30, Bu gün

Polşa qeyri-qanuni miqrantlara qarşı yeni sədd qurur

Polşa hökuməti şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə tikanlı məftillərlə təchiz olunmuş, hündürlüyü 4 metr olan əlavə metal hasarın inşasına start verib.

Moderator.az xəbər verir ki, bu məlumatı RMF24 radiostansiyası yayımlayıb.

Podlyask Sərhəd Xidmətinin rəhbəri, general Slavomir Klekotka radiostansiyaya açıqlamasında qeyd edib:

"Yeni maneə qeyri-qanuni miqrantların sərhədi aşmaq cəhdlərini ləngidəcək və bizə operativ reaksiya vermək üçün əlavə vaxt qazandıracaq".

Onun sözlərinə əsasən, tikanlı hasar Polşa daxilində, 2022-ci ildə inşa edilmiş 5 metrlik müdafiə səddindən bir neçə metr aralıda yerləşəcək və onun 186 kilometrlik uzunluğunu təkrarlayacaq.

"Quraşdırma işlərinə eyni anda beş müxtəlif istiqamətdə başlanılıb", - deyə o, əlavə edib.

Sərhəddəki yeni istehkamın inşasının may ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Xatırladaq ki, 2022-ci ildə Polşa rəhbərliyi qanunsuz miqrasiya axınından qorunmaq üçün Belarusla dövlət sərhədində 186 kilometr uzunluğunda müdafiə divarı tikmişdi. Həmin sədd tikanlı məftillərlə qorunan 5.5 metr hündürlüyündə metal konstruksiyalardan ibarətdir. Divar boyu yerləşən dirəklərdə bütün hava şərtlərinə davamlı olan müşahidə kameraları, hərəkət skanerləri və işıqlandırıcılar quraşdırılıb. Bu maneə qeyri-qanuni miqrantların Polşaya keçidini çətinləşdirsə də, tam dayandıra bilməmişdi. Çünki sərhədi pozmağa çalışanlar metal barmaqlıqları kəsmək üçün xüsusi alətlərdən və nərdivanlardan istifadə edirdilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər