Məşhur bronlama platformasında müştəri məlumatları ələ keçirildi
Dünya
249
17:15, Bu gün

Məşhur bronlama platformasında müştəri məlumatları ələ keçirildi

Yerləşmə obyektlərinin axtarışı üçün nəzərdə tutulan booking.com saytı müştəri məlumatlarının sızması barədə məlumat yayıb.

Moderator.az xəbər verir ki, bu barədə BNR məlumat verib.

Məlumata görə, icazəsiz olaraq üçüncü tərəf sifariş məlumatlarına giriş əldə ediblər.

Servisin bəzi müştəriləri dünən ehtimal olunan məlumat sızması barədə elektron məktublar alıblar, şirkətin özü isə istifadəçi məlumatlarına həqiqətən üçüncü qurum tərəfindən baxıldığını təsdiqləyib.

Qeyd olunur ki, şirkət bu yaxınlarda bir sıra bronlamalara təsir edən şübhəli fəaliyyət aşkar edib. Aparılan araşdırma göstərib ki, sayta müdaxilə edənlər bronlama detalları, müştərilərin adları, onların elektron və adi poçt ünvanları, telefon nömrələri və yerləşmə obyekti ilə paylaşdıqları bütün məlumatlar haqqında bilgilərə giriblər.

Booking.com-dan vəziyyətin artıq nəzarət altına alındığı və məlumatları kənar şəxslərin əlinə keçə bilən bütün müştərilərin məlumatlandırıldığı bildirilib. Bununla belə, şirkət sızmanın dəqiq nə vaxt baş verdiyi və neçə istifadəçinin zərər gördüyü barədə açıqlama verməyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər