20:18
10°C
Bakı
Fransa və Birləşmiş Krallıq Hörmüz boğazı məsələsinə həsr olunmuş beynəlxalq konfrans keçirməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə Fransanın dövlət başçısı Emmanuel Makron "X" hesabında paylaşım edib.
"Yaxın günlərdə Böyük Britaniya ilə müştərək şəkildə Hörmüz boğazında dəniz naviqasiyası azadlığının bərpası məqsədilə çoxmillətli sülhməramlı missiyada iştirak etmək istəyən dövlətləri bir araya gətirən konfrans təşkil edəcəyik. Münaqişə tərəflərindən tamamilə asılı olmayan və ciddi şəkildə müdafiə xarakteri daşıyan bu missiya şərait imkan verdiyi anda həyata keçiriləcək", - deyə paylaşımda qeyd olunub.
