Netanyahu: İranla atəşkəs istənilən vaxt başa çata bilər
Dünya
202
16:40, Bu gün

Netanyahu: İranla atəşkəs istənilən vaxt başa çata bilər

İranla atəşkəs hər an bitə bilər.

Moderator.az-ın xəbərinə görə, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu bildirib.

“Razılaşma bu idi ki, atəş dayansın və iranlılar dərhal Hörmüz boğazını açsın. Onlar isə bunu etmədilər”, - Netanyahu deyib.

İsrail Baş naziri ABŞ Prezidenti Donald Trampın İran limanlarına blokada tətbiq etmək qərarını dəstəklədiyini vurğulayıb. O, İsrailin ABŞ-la daim koordinasiyada olduğunu qeyd edib.

“Aramızda narazılıqların olması barədə iddialar isə tamamilə yanlışdır. Vəziyyət bunun tam əksidir. Prezident və onun komandası ilə danışıqlarda iştirak edən istənilən şəxs bunu təsdiqləyə bilər. İsrail və yəhudi xalqının tarixində əvvəllər bu cür koordinasiya olmayıb”, - Baş nazir əlavə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər