Bizi sosial şəbəkələrdən izləyin:
İranın hava məkanının ən azı aprelin 14-də səhər saatlarına qədər uçuşlara bağlı qalacağı bildirilir.
Moderator.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Məlumata əsasən, dövlətin aviasiya idarəsinin qəbul etdiyi qərara müvafiq olaraq, İranın hava məkanı aprel 14-də çərşənbə axşamı yerli vaxtla saat 12:00-dək (Bakı vaxtı ilə saat 12:30) mülki aviasiya üçün bağlı olacaq.
Vurğulanıb ki, yalnız istisna hallarda hərbi, tibbi və dövlət təyyarələrinin, o cümlədən axtarış-xilasetmə məqsədli reyslərin icrası mümkündür. Belə uçuşların reallaşması üçün mülki aviasiya rəhbərliyinin xüsusi icazəsi tələb olunur.
Xatırladaq ki, ABŞ və İsrail tərəfindən hərbi əməliyyatlara start verildikdən sonra fevralın 28-də səhər saatlarından İran səması bağlanıb. Paytaxt Tehran da daxil olmaqla, İranın bir neçə böyük şəhəri hücumların hədəfi olub.