Dağıstanda qar uçqunu: Qadın və uşağından xəbər yoxdur
Dünya
200
12:35, Bu gün

Dağıstanda qar uçqunu: Qadın və uşağından xəbər yoxdur

Rusiyanın Dağıstan Respublikasının Suntinski rayonunda qar uçqunu baş verib. İlkin məlumatlara görə, bir qadın və uşaq qar kütləsinin altında qalıb.
 
Moderator.az xəbər verir ki, bu barədə aprelin 13-də Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin (FHN) respublika üzrə Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.
 
"Şaitli yaşayış məntəqəsində qar uçqununun düşməsi barədə siqnal daxil olub. İlkin ehtimallara əsasən, qadın və onun uşağı qar altında qalıblar. Rusiya FHN-in xilasediciləri dərhal hadisə yerinə yola düşüblər", - deyə məlumatda qeyd olunub.
 
Əlavə edilib ki, kəskin hava şəraitinə görə axtarış-xilasetmə işlərinə aviasiyanın cəlb edilməsi mümkün deyil. Hazırda hadisə ilə bağlı təfərrüat dəqiqləşdirilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər