İran İslamabad danışıqlarının iflasında ABŞ-ni günahlandırdı
Dünya
335
10:06, Bu gün

İran İslamabad danışıqlarının iflasında ABŞ-ni günahlandırdı

İranın xarici işlər naziri Abbas Əraqçı İslamabadda (Pakistan) danışıqların uğursuz nəticələnməsində Vaşinqtonu günahlandırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında məlumat verib.
 
"Son 47 il ərzində ən yüksək səviyyədə aparılan intensiv danışıqlar zamanı İran müharibəyə son qoymaq üçün ABŞ ilə xoş niyyətlə əməkdaşlıq edib. İslamabad memorandumunun imzalanmasına çox az qalmışdı ki, biz amerikalı həmkarlarımızın maksimalizmi, oyun qaydalarının dəyişdirilməsi və sərtliyi ilə üzləşdik", - deyə diplomat bildirib.
 
Xatırladaq ki, aprelin 11-də İslamabadda ABŞ və İran nümayəndələri arasında danışıqlar keçirilib. Nümayəndə heyətləri ən azı iki əsas məsələ - nüvə proqramı və Hörmüz boğazı üzrə razılığa gələ bilməyiblər.
 
Pakistandakı danışıqlarda ABŞ nümayəndə heyətinə ölkənin vitse-prezidenti Cey Di Vens başçılıq edib. Ondan başqa, qrupun tərkibində dövlət başçısının xüsusi nümayəndəsi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner olub.
 
İran nümayəndə heyətinə isə ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və Abbas Əraqçı başçılıq ediblər.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər