00:40
10°C
Bakı
İranda ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlar nəticəsində azı 278 uşağın həlak olduğu bildirilib.
Moderator.az xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.
Məlumata görə, bu rəqəmlər İranın Təhsil Nazirliyinə istinadən yaydığı hesabatda qeyd olunub.
Hesabatda bildirilib ki, həlak olan uşaqlar arasında 117 qız və 161 oğlan var.
Qeyd olunur ki, bu məlumat münaqişə dövründə baş verən hadisələrin nəticəsi kimi təqdim edilib.