DÜNYA ŞOKDA: ABŞ və İrandan gizli siyahı – Hər an hər şey dəyişə bilər!
Dünya
395
20:47, Bu gün

DÜNYA ŞOKDA: ABŞ və İrandan gizli siyahı – Hər an hər şey dəyişə bilər!

“Axios” nəşri ABŞ və İran arasındakı danışıqlarda tərəflərin razılığa gələ bilmədiyi əsas mübahisəli məqamları açıqlayıb. Təqdim olunan məlumatlara görə, müzakirələrin mərkəzində dayanan ən kritik məsələlər uranın zənginləşdirilməsinin dayandırılması, artıq zənginləşdirilmiş uranın ölkədən çıxarılması və İranın əsas nüvə obyektlərinin sökülməsidir. Eyni zamanda, İranın dondurulmuş vəsaitlərinin hansı hissəsinin sərbəst buraxılacağı və Hörmüz boğazında gəmilərin hərəkəti ilə bağlı rüsumların ləğvi kimi iqtisadi-strateji faktorlar da tərəflər arasında ciddi fikir ayrılığına səbəb olur.

Moderator.az xəbər verir ki, diplomatik masada həmçinin regional təhlükəsizlik məsələləri, o cümlədən Tehranın müxtəlif silahlı qruplaşmalara verdiyi dəstəyin kəsilməsini nəzərdə tutan genişmiqyaslı sazişin imzalanması da yer alır.

Bu bəndlərin hər biri uzun illərdir davam edən gərginliyin həlli üçün həlledici rol oynasa da, tərəflərin hələlik ortaq məxrəcə gəlməkdə çətinlik çəkdiyi vurğulanır.

 

(nocomment)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər